loading...

Gözəl görünüşləriylə bizi özlərinə heyran buraxan məşhurlar hər kəsin maraqlandığı pəhriz sirlərini paylaşıblar. Həmişə formada görməyə vərdiş etdiyimiz məşhurlar bunu necə bacarırlar?

Hər birinin pəhriz və sağlam bəslənmə təcrübəsi fərqlidir.
Ulduzların məşhur pəhrizlərinin siyahısını təqdim edirik:

Victoria Beckham: Gün ərzində 400 kalorini keçmir. Bu, çox riskli və zərərli bir pəhrizdir, ancaq onlar özlərini ən yaxşı şəkildə göstərmək istəyir.
image

Beyonce: 1 litr və ya yarım litr limonadın içinə soda, limon suyu, ağcaqayın siropu, şəkər və bir çimdik qırmızı acı bibər qoyur. Bu, gün ərzində kifayət edir. Səhər və axşam qəbizliyi aradan qaldıran dərmanlara ehtiyacınız ola bilər. Bu, sizə pis təsir edirsə, kərəviz suyu içə bilərsiniz. Beyonce bu diyeti 1 ay boyunca edib və nəticədə 1 həftəyə 10 kilo atıb.

beyonce

Claudia Schiffer: Mineral pəhrizi edir. Gün ərzində bir dənə qaynadılmış yumurta və kiçik bir boşqab meyvə ya da tərəvəz istifadə edir. Heç biri karbohidrat ehtiva etmir. Və bir də şəkərsiz çay içir.

Jennifer Aniston: Bu pəhriz Hindistan qozu, kərə yağı, yumurta sarısı, yağlı ət, donuz əti və balıq ehtiva edir. Yediyi yeməklər yağlıdır, ancaq Jennifer incə bir belə sahibdir.

Madonna: Gün ərzində 2 qreyfrutu, 2 yumurtanın yarısını bir saat davam edən fasilələrlə yeyir. Bunun sayəsində sadəcə iki gündə kilolarından xilas olmağa başlayıb.

Madonna

Sarah Jessica Parker: Dondurma yeyir, ya da dondurulmuş meyvə və tərəvəzdən istifadə edir. Bunu hər saat ya da gündə iki dəfə edir.

Reese Witherspoon: Körpələr üçün olan yeməklərdən istifadə edir. Bu yeməklər nə şirin, nə də duzludur. Qida maddələri baxımından yeniyetmələr üçün uyğun deyil.

Paris Hilton: Gün ərzində yalnız su və enerji içkilərini içir. Ancaq diqqət! Bu pəhriz üzündən xora xəstəliyinə tutula bilərsiniz.

Paris Hilton

Uma Thurman: Uma Thurman gün ərzində dondurma, puding və şokolad yeyir. Çünki şirin nemətlər onun həyatının imtinaedilməz bir parçasıdır. Dondurulmuş meyvə, acı şokolad və yağsız pudingdən 5 gün boyunca istifadə etsəniz, kilolarınızdan xilas ola bilərsiniz. //Sevil

loading...
Şərh yaz