“18 ildir toy qiymətimi artırmamışam”

loading...

Müğənni İzzət Bağırov toy qiymətindən danışıb.

“Bizim gün” verilişində qonaq olan sənətçi heç vaxt toy qiymətini qaldırmadığını deyib:

“Qiymətlər qalxır, benzin bahalaşır. Əvvəl studiyaya gedib, 5 manata oxuyurduq. İndi 1 saat üçün 50 manat ödəyirik. Müğənni beş-altı saat dayanmadan toyda oxuyur. Ciyərləri şişir, əsəbləri pozulur. Onun toy qiymətini qaldırmağa haqqı yoxdur? Ən çox elə müğənnilərin buna ixtiyarı çatır. Amma mən 18 ildir toy qonorarımda artım etməmişəm. Sənətçi var ki, 1 ildir efirə çıxıb, beş minə toya gedir. Üç-dörd aydan sonra isə gündəmdə olmur, itir. Əvvəl toylarda 150 adam olurdu. İndi iki min qonaq qəbul edən şadlıq evlərimiz var. Toyda 700-800 nəfər qarşısında oxuyurq. Hərənin də bir nazı olur”.

loading...
SHARE
Şərh yaz