2 ayda 20 kilo arıqladı

loading...

İki ay əvvəl qızı Elis Nazın dünyaya gətirərək analıq həyəcanını ilk dəfə yaşayan Gamze Topuz hamiləlik müddətində 60 kilodan 80 kiloya qədər çəki aldığını, ancaq doğum sonrası kilolarından qısa müddətdə necə yaxa qutardığını açıqladı.

Pəhriz etmədən və çox səy göstərmədən 20 kilo arıqladığını söyləyən Topuz, “Əmizdirdiyim üçün pəhriz saxlaya bilmədim. Davamlı əmizdirmək, altını dəyişdirmək və onunla maraqlanmaqdan yemək yeməyə fürsət tapa bilmədim. Yorğunluq və yuxusuzluq da təsiri göstərdi. Onsuz da əmizdirərkən çox kalori itirilir” şəklində açıqlama verdi.

loading...
Şərh yaz