2011-ci ilin dəbli rəngləri

loading...

Çox zaman nisbətən tünd rənglərlə qışı, açıq və canlı rənglərlə isə yay aylarını əlaqələndiririk. Lakin tanınmış dəb ustaları neçə illər insanların şüurlarında formalaşmış bu fikri alt-üst ediblər. Belə ki, mövsümün ən dəbli rəngləri sırasında parlaq olanlar daha çox təşkil edir.

Bir tərəfdən klassik rənglərdən hesab olunan qara, ağ və boz, digər tərəfdən də qıpqırmızı rənglər mövsümün hiti hesab olunur.

Hər mövsümünün vazgeçilməz rəngi sayılan qara yenə də dəbdədir

Qırmızı qışın sonu və yaz aylarında qara qədər dəbli hesab olunacaq. Paltardan paltoya, ayaqqabıdan uzunboğaz çəkməyə qədər hər şey qıpqırmızı…
Qırmızının daha çox sarışınlara yaraşdığını deyirlər, bu artıq bir gerçəkdir, qırmızı geyimlərdən istifadə edərkən aksesuarları da yaddan çıxarmayın.

Qaranın bu mövsümdə rəqibi boz hesab olunur, həm də müxtəlif tonlarıyla. Başdan ayağa boza bürünə bilərsiniz: paltarınız, corabınız, ayaqqabınız, çantanız və s.

Klassik parçalara xərc çəkməyə də çəkinməyin.

Yeni mövsümün yeniliklərindən biri də bir neçə rəngin ahəng yaratmasıdır.

Parçalarda müxtəlif naxışların olması da dəbli xanımları ziyafətlər gedərkən daha baxımlı göstərər.

loading...
SHARE
Şərh yaz