2012-ci ildə Dünyanı nələr gözləyir?

Öncə görücü və alimlərin proqnozları

Qarşıdan bütün dünyanın çətin seçim qarşısında durduğu il gəlir. Hamı bu ilin necə olacağı ilə maraqlanır. Lakin çoxunu bir sual düşündürür: biz 21 dekabr 2012-ci ildən sabaha salamat çıxa biləcəyikmi? Bu mənbələrə, öncə görücülərin sözlərinə inanıb-inanmamaq öz əlinizdədir.

Nostradamusun katrinlərinden

Dahi öncə görücü Avropa Birliyi ilə ABŞ arasında kəskin krizis və konfliktin başlamasını, silahlı qarşıdurmaya gəlib çatacağını deyib. Bu, Krım ərazisində büruzə verəcək. Dünyada geniş masştablı terror aktları törədiləcək. Bir katrində isə “Moğolların Kralı”nın qalxacağı, diriləcəyi sözü var ki, bunu Çin tərəfdən də təhlükəyə yozurlar. Əgər ona inansaq, Roma və Britaniya adasının bir hissəsinin yoxa çıxma, yer üzündən silinmə (təbii fəlakətlər səbəbindən) ehtimalı var.

Nostradamus yazır: 2012-ci ildə 3 tutulma olacaq: Venera ilə Günəşin tutulması və unikal planet paradı. Bu zaman günəş Süd yolunun düz mərkəzində yer alacaq ki, belə bir kosmik yerdəyişmə 100 min illərdir ki, baş verməyib.

Bəzi mütəxəssislər Nostradamusun katrinlərində bu coğrafi öncə görmələri yozublar: planetin müdafiə qabiliyyəti və maqnit sahəsi zəifləyəcək.

2012-ci ildə insanlar kosmosdan digər sivilizasiyalardan siqnallar alacaq. Kosmik sahədə çox böyük açılışlar olacaq. Hazırda insanlıq 25 illik keçid dövrünü yaşayır, bu dövr 1987-ci ildə başlayıb, 2012-ci ilin dekabrında bitəcək. Bu ərəfədə kvant sıçrayışlar baş verməlidir ki, dünya yeni energetik mərhələyə adlayacaq. Bu mərhələni Yer üzündə yaşayan bütün varlıqlar keçəcək.

Vanqa

Məşhur görücü hələ 2010-cu ildə III Dünya Müharibəsinin başlanacağını desə də, müharibə olmayıb, amma Şərqdə inqilab-lardalğası minlərlə insanı qurban etdi. Vanqa Günəşdə baş verəcək partlayış və tufanın nəticəsində insanın öz kosmik stansiyaları ilə əlaqəni itirəcəyini deyir. Fevralda bizim planet Nibiru planeti və Günəş arasından keçəcək ki, bu tarixi hadisə təbiətdə çoxsaylı kataklizmlər yaradacaq. Hətta bu vaxta kimi olmayan yerlərdə zəlzələlər olacaq, bəzi hadisələr alimləri də heyrətə salacaq. Sunamilərin dağıdıcı gücü qitələri və adaları caynağına alacaq. Vanqa 2012-ci ildə çoxsaylı insan itkisini proqnozlaşdırıb, amma bu ilin dünyanın sonu olacağını deməyib. Çünki o sonrakı illər-2013, 2020-ci illər üçün də proqnozlar verib.

Pavel Qloba

Məşhur rus astroloqu Keçmiş Sovetlər və Avropa ölkələrini sınaq dövrü bürüyəcək. Krizis ötən illərə, hətta 90-cı illərə nisbətdə də ağır olacaq. “Dünyanın axırı” termini özünü iqtisadiyyatda göstərəcək. Bu cür ağır mərhələ 2019-cu ilə kimi davam edəcək. 2012-ci ildə Apokalipsis olmayacaq. Ancaq əvvəlki ilə nisbətən çoxlu insan itkisi və əhalinin sayında azalma baş verəcək. Ölkələrarası münasibətlər tamam başqa məzmun və müstəviyə keçəcək. Rusiyanın siyasəti güclü olacaq. Rusiyada paytaxt yerdəyişməsi və başqa şəhərin paytaxt səviyyəsinə qalxması baş verəcək.

 Digər xəbərdarlıqlar

  • Tula ekstrasensi Sergey Smirnov deyir ki, Yer kürəsini quş qripindən də kəskin virus gözləyir. Bu səbəbdən Soçidəki Qış Olimpiadası belə baş tutmayacaq.
  • Barak Obamanı hindu şamanının lənəti tutacaq.
  • Somalidə İslam dövlətinin yaranması gözlənilir.
  • İsrail İranın nüvə obyektlərinə hücum edəcək. Buna cavab olaraq Tehran Ormuz körfəzini blokadaya alacaq. Bununla da dünya neft-qaz bazarına güclü zərbə dəyəcək.
loading...