2014-2015 payız-qış mövsümünün dəbli ayaqqabıları

loading...

Payız-qış mövsümünün dəbli ayaqqabı kolleksiyalarını ümumi bir trend birləşdirir ki, bu da cah-calaldır. Siz ən məşhur dəb evlərinin nümayişlərində çox gözəl materiallar, mürəkkəb fasonlar, zəngin dekor görə bilərsiniz.

Parlaq rənglər

ayaqqabi

Bu mövsümdə daha çox payız üçün uyğun olmayan parlaq rəngli ayaqqabılar dəbdədir: çəhrayı, ağ, bənövşəyi, sarı və yasəmən rəngli ayaqqabılar. Açıq-göy, zümrüdü, bənövşəyi, tünd qırmızı və çaxır rəngləri isə daha geniş yayılmışdır.

Orijinal elementlərorginal-elementler

Qara və ya qəhvəyi rənglərdə hazırlanmış ayaqqabılar parlaq dekorla tamamlanır ki, bu da sizin obrazınızı daha maraqlı edə bilər.

Qeyri-adi hündür daban ayaqqabılar

hundurdaban

Bu mövsümdə hündür daban ayaqqabılar da çox dəbdədir. Üstünlük daha çox qeyri-adi formalı dabanı olan ayaqqabılara verilir. Platformalı ayaqqabılar da həmçinin öz mövqesini itirmir.

Parıltı və lakpariltili-lak

Laklı dəri ayaqqabılar bu mövsümün aktual trendidir. Xüsusi hazırlanmış və daha çox öz zahiri görünüşü ilə laklı materiala bənzər parlaq dəri ayaqqabılar da çox məşhurdur.

Qaytanqaytan

Payız-qış mövsümündə əsasən praktiki təyinatlı detal olan qaytan – məşhur dekorativ elementə çevrilir ki, müxtəlif ayaqqabı modellərini bəzəyir. Bu mövsüm qaytanlar XIX əsrin retro stilini xatırladır.

Heyvanlar aləmindəHeyvanlar aləmində

Bu mövsümdə əsasən iki heyvan stilində olan materiallar xüsusilə aktualdır: poni dərisi və ilan dərisi. İlan dərisindən hazırlanmış ayaqqabılar qlamur stildə tərtib edilir (qızılı, ağ və çəhrayı rənglərdə). Xovlu materiallardan hazırlanmış ayaqqabılar isə əksinə, təbii rənglərlə fərqlənir.

Sadə formalarayaqqabi

Boz mirvari çalarları dizaynerləri çox dəbli və eyni zamanda zərif ayaqqabılar yaratmağa ilhamlandırıb. Bu tip ayaqqabılar öz sadəliyi və eyni zamanda zərifliyi ilə seçilirlər. Bu, parlaq ultradəbli əşyaları belə ayaqqabılarla uyğunlaşdıra bilənlər üçün əsl tapıntıdır.

Uzun çəkmələr

Uzun çəkmələr demək olar ki, mövsümün ən dəbli ayaqqabılarıdır. Onlar müxtəlif və çox cazibədardılar.

“Barokko” stilində dekor
Barokko

Bu mövsümün ayaqqabı kolleksiyaları öz dekoru ilə fərqlənirlər. İri müxtəlif rəngli qaşlar, həcmli naxışlı tikiş, qızılı pərçimləmələrlə məxmər bu tip dekorlardandır.

Əgər siz bu payız çox dəbli görünmək istəyirsinizsə, bu zaman təmtəraqlı və qeyri-adi ayaqqabı seçməyə və onu 90-cı illərin dəbi ilə uyğunlaşdırıb maraqlı obraz yaratmaqdan çəkinməyin.

loading...
SHARE
Şərh yaz