2014 – 2015 payız – qış qadın ayaqqabı modelləri

loading...

2014 – cü ilin payız-qış qadın ayaqqabı modelləri kolleksiyalarında mövsümün dəbi müxtəlifliyinə diqqət edərkən hər kəsin özünə yeni bir tərz təyin etməsi çətin olmayacaq kimi görünür.

2014 – cü ilin payız-qış qadın ayaqqabı modelləri hazırlayarkən dizaynerlər mövsümü rəngli və fərqli bir hala gətirmək üçün əllərindən gələni ediblər.  Ayaqqabılar qadınların vurğunu olduqları aksessuarlar arasında üstünlük təşkil edir. Stilistlər qış mövsümündə yalnız soyuq havalar üçün modellər hazırlamaqla kifayətlənməyib, hətta bağlı mühitlərdə seçiləcək ayaqqabı modelləri hazırlayaraq xeyli iddialı işlərlə qarşımıza çıxıblar.

Kolleksiyalarda diqqət çəkən ayaqqabıların topuqları, ön burun modelləri, şəkilləri və fərqli tərzlər olaraq təyin olunacaq. Bu mövsüm podiumlarda diqqət çəkən dizaynlar sırasında əvvəlcə topuqlu ayaqqabılar olacaq. Yüksək və bir az daha qalın topuqlar qış mövsümünün ən dəbli dizaynlarından olacaq. Fərqli topuqlar olaraq diqqət çəkən vint tərzi topuqlar mövsümün ayaqqabı modellərində yaradılan dizayna son nöqtəni qoyacaq. Qalın topuqlar isə retro tərzi modelləri ilə bütün ayaqqabı modellərində iştirak edir. Plomb topuqlar keçən mövsümün dəbi olmasına baxmayaraq, bu ildə dizaynerlərin ilham qaynağı olmağı bacarıb.

Yeni mövsümdə  maraqlı dizaynlarla kəsilmiş bot modelləri fərqlilik yaratmaq istəyənlərin seçimləri arasında iştirak etməyə davam edəcək. Çəkmə modellərdə düz topuqsuz modellər  və  yüksək topuq modası davam edəcək.  Qadın çəkmələri altı düz dizaynları ilə ən çox variantı olan modellərdən biri olaraq seçiləcək. Qladiator çəkmə modası qış mövsümünün ən dəbli dizaynlarından biri olaraq davam edəcək…

loading...
Şərh yaz