2014-cü ilin ən seksual qadını odur – fotolar

loading...

Dünyaca məşhur “Esquire” dərgisi “Dünyanın ən seksual qadını – 2014” sorğusunu başa vurub.

Müsabiqənin birincisi aktrisa, rejissor, iki uşaq anası Penelope Kruz seçilib. Bununla bağlı dərgiyə müsahibə verən Penelope açıq-saçıq fotolar da çəkdirib.

“Eksperimentləri sevirəm. Gəncliyimdə də belə idim. Dramatik obrazları daha çox bəyənirəm. İncəsənəti hiss edən insanlar qəlbinin qaranlıq küncündə gizlənən arzularını reallaşdırmağa çalışırlar. İndi mənim üçün kinoda ən cəlbedici, heyranedici, sirli amil – plandır” deyən aktrisa şəxsi həyatı ilə bağlı sualları cavabsız qoyub:

“Bütün bu məsələlər mən və Havyer “Həyat yoldaşı, aktyor Havyer Bardem – red.) arasındadır”.

loading...
Şərh yaz