2014 payız pencək dəbi

loading...

Yay mövsümünü başa vurmaq üzrəyik. Payızda yaylıq paltarlarınızı sərin havalarda pencək ilə tamamlaya bilərsiniz.

Pencəklər qadınlar üçün çox önəmlidir. Gündəlikdə və gecə paltarlarında ən asan kombinlə edə biləcəyiniz geyimlər arasında olan pencəklər ilə, zərif, gözəl ya da idman görünüşünü təmin edə bilərsiniz.

Pencək seçiminə görə geyiminizə istiqamət verə bilərsiniz. Məsələn, dar cins üzərinə, sadə t-shirt və pencək möcüzələr yarada bilər. Ofisdə işləyən xanımlar, klassik pencəklərə daha çox üstünlük verirlər. Ümumiyyətlə pencək geyinmək üçün xüsusi bir günə ehtiyac yoxdur. Nə vaxt və harada geyinmək istəsəniz geyinə bilərsiniz.

2014 payız pencək dəbi, rəngarəng olacaq və yaxın zamanlarda vitrinləri bəzəyəcək. Bir çox naxış və rəng seçimli pencəkləri həm baharda, həm də payızda rahatlıqla istifadə edə bilərsiniz. Alternativ çox olacağıdan, qiymətlərin də uyğun olacağı gözlənilir. Bir az daha fərqli şeylər istəsəniz xüsusi dizaynlı pencəklərə nəzər yetirə bilərsiniz.

Klassik tərzdə pencək seçmək üçün ilk öncə seqmentinə diqqət yetirin. Feminen seqmentlərlə olduqca ciddi görünə bilərsiniz.

Pencək bədəninizdə ki qüsurları da gizlətməkdə Sizə köməklik edə bilər. Məsələn əgər qollarınız sallanırsa, pencəklə bunu ört basdır edə bilərsiniz.

loading...
Şərh yaz