2015-ci ildə sizə lazım olmayan 20 fikir

loading...

Hər birimiz hiss etmədən gün ərzində çox sayda mənfi enerjini üzərimizə toplayırıq. Bunlar məhz beynimizin dərinliyində olan və bizi incidən hisslərdir.

Sizin üçün 20 ən lazımsız fikir və vərdişləri toplayıb sizə təqdim edirik. Onlarsız yaşamaq daha asandır.

  1. Təəssüf hissi- bir gün siz başa düşəcəksiniz ki, təəssüfləndiyinizi etmək istəyirdiniz.
  2. Müqayisə etmək vərdişi və digərlərinin daha xoşbəxt olduğunu düşünmək. Siz indi olmalı olduğunuz yerdəsiniz, sizin həyat yolunuz isə sizin istəyinizə uyğun müəyyən olunacaqdır.
  3. Özünüzü güclü və ürəkli hiss etməyə mane olan hisslər. Biz öz2müz haqqında düşündüyümüz kimiyik. Özünüzə inanın.
  4. Günahkarlıq hissi. Etmək istədiyini etməməklə yaranan hiss.
  5. Naməlumluqdan qorxmaq- yol yeridikcə görünür.
  6. Keçmişlə yaşamaq. Bu sizin gələcəyinizə təsir edir. Əgər siz gələcəyə addım atmaq üçün münasib vaxt gözləyirsinizsə, artıq o vaxt gəlib. Elə bu gündən başlaya bilərsiniz.
  7. Narahatlıq- bu qorxduqlarının başına gəlməsi üçün dua etmək kimi bir şeydir.
  8. Mənasız günahlandırma- əgər nə isə xoşunuza gəlmirsə, həmişə iki yolunuz var: qəbul etmək və ya dəyişmək.
  9. Özünü lazımsız hesab etmək- əgər siz bu dünyaya lazım olmasaydınız heç dünyaya gəlməzdiniz. Siz olduğunuz kimi lazımsınız.
  10. Sizin arzularınızın vacib olmaması hissi- ürəyinizin səsini dinləyin. O bilir sizə nə lazımdır.
  11. Hər şeydə hamıya güzəşt- əgər həqiqi məcburi vəziyyət yoxdursa, özünüzü lazımsız yerə yormayın. Siz hər şeydən dəyərlisiniz.
  12. Yalnız 2 yol görmək-düz və səhv. Dünya rəngarəngdir. Onun zənginliklərindən zövq alın.
  13. Siz layiq olmadığınız yerdə olduğunuz fikri. Siz öz yerinizi tapmaq yolundasınız. İstənilən an öz yolunuza dönə bilərsiniz. Əsas odur ki, özünüzdən soruşun. Siz nəyə nail olmaq istəyirsiniz?
  14. Keçmiş yoldaşına və dostlarına neqativ münasibət. Biz hər birimiz xoşbəxtlik və sevgiyə layiqik. Hansısa münasibətin bitməsi onun mütləq səhv olması demək deyil.
  15. Lazım olduğundan daha çox etmək. Siz hazırda bütün gücünüz daxilində olanları edirsiniz və bu kifayətdir.
  16. Hər şeyi bilməli olduğunuzu düşünmək. Həyat bir yoldur. Bu yolu getdikcə öyrənirik. Əvvəlcədən bütün olacaqlara hazır olmaq mümkün deyil.
  17. Daima pul üçün narahat olmaq- çalışın öz büdcənizi planlaşdırın. Bu zaman siz daima narahatçılıq keçirməyəcəksiniz.
  18. İnsanları xilas etmək və ya dəyişməyə cəhd etmək. Hər kəsin öz yolu var. Əgər başqasını dəyişməyə sərf etdiyimiz vaxtı öz üzərimizdə işləməyə sərf etsək, hər şry öz qaydasında olacaq.
  19. Hamının xoşuna gəlməyə cəhd etmək. Sizin unikallığınız və şəxsiyyətiniz sizi kütlədən fərqləndirir. Şəxsiyyət dəyərlidir və siz hamının xoşuna gəl ək məcburiyyətində deyilsiniz.
  20. Özünütənqid. Siz rəqəm və santimetr qəlibi deyilsiniz. Əsas odur ki, siz varsınız və bu dünyaya olduğunuz kimi lazımsınız. Özünüzü sevin!

 

 

loading...
SHARE
Şərh yaz