2015-ci ilin ən dəbli ətirləri

loading...

Dəb tendensiyalarını ətirlərsiz təsəvvür etmək mümkün deyil. Ətir qadın aksesuarları arasında birinci yeri tutur. Təbii ki, geyim dəbi ilə yanaşı ətir dəbi də dəyişir. 2015-ci ilin ətirlərini təqdim edirik.

Siyahıda ilk yeri Dior Cuir Cannage tutur. Bu, Dior kampaniyasının ətri Lady Dior çantası ilə əla uyğunluq daşıyır. Kompaniyanın baş parfumeri Fransua Demaşi iddia edir ki, bu Dior çantasının həssaslıq və eleqantlığını vurğulayır. Ətir ilanq-ilanq gül notlar, apelsin və yasəmən çiçəklərinin notlarından ibarətdir. Mərkəzi qoxu bənövşə və qızılgül qoxularından ibarətdir.

2014_05_02_Christian_Dior_Cuir_Cannage_Fragrance-600x350

2015-ci ilin daha bir ilahi ətri Loewe Aire Evasion hesab oluna bilər. Solğun yaşıl flakondakı ətir təbiətin oyanışını əks etdirən qoxuya malikdir. Müşk və çiçək-meyvə tandemi ətri təkrarolunmaz edir. Bu ətir eleqant və qeyri-adilikləri sevən əsl qadınların ətridir. Yüksək notları acı apelsin, ağ şaftalı, şirin alma və çay ətirləri təşkil edir. İncə notlarını tuberoza yarpaqları, yasəmən, inciçiçəyi, ağ pion təşkil edir.

N1GfHYP2sHb1FJm9zvAiJA-600x350

Siyahıda növbəti yeri Xoxo Luv For Her ətri tutur. Bu, zövqlü, parlaq və özünə inamlı qadının obrazını tamamlayacaqdır. Ətir sevgi hissi yaradır. Ətir çiçək və şirəli meyvə ətirlərindən ibarətdir. Yüksək notlar kaliforniya qrepfrutu, italyan limonu və qızılı almadan təşkil olunur. Yasəmən və çəhrayı pion şirəli manqo ətri ilə birləşərək xüsusi enerji yaradır. Özəyini ağ zöncəfil, vanil, müşk və virciniya sidri təşkil edir.

XOXO-Luv-for-Her-600x350

Əfsanəvi ətir Tom Ford xüsusi diqqət tələb edir. Tom Ford Velvet Orchid əbədi dəbdəbə və həzz ətridir. Bu ətir qarşısında dayanmaq sadəcə mümkün deyil. Tom Fordun qara orxideyası sərin sitrus, rom, bal və yarpaqların ətri ilə qovuşur.

Tom-ford-perfume-feature-600x350

Əgər siz universal, həm də dəbli ətir əldə etmək istəyirsizsə, Bogetta Veneta Knot sizə lazım olan ətirdir. Yüksək notlarını tünd apelsin təşkil edən ətrin qoxusu gül çələngi ətri ilə birləşir. Sitrus qığılcımı söndükdə gavalı, vanil və müsk ətri sizi heyran edəcək. Yüngül notlarda qızılgül, lavanda və pion ətirlərini duymaq olar.

Knot-Section-01-600x350

Qışda isti dəniz suyuna baş vurmaq istəyənlər üçün Jo Malone Wood Sage & Sea Salt ideal ətirdir. Bu ətri vurmaqla soyuq qış havasında isti dəniz sahilinin, dəniz suyunun ətrini duymaq olar. Parfumun yüksək notları yosunlar və qreypfrut ilə möhkəmlənmiş tərxun, ənbər toxumları və dəniz duzundan ibarətdir.

Jo-Malone-Wood-Sage-Sea-Salt--600x350

Daha bir möhtəşən ətir Narciso Rodriguez təqdim olunur. Hələ 2003-cü ildən etibarən Narciso Rodriguez modalar evi yeni ətir ilə bütün parfum sənayesini riqqətə gətirmişdir. Onun əsas özəlliyi parlaq və güclü müşk ətirli olmasıdır. Bu ətrin istehsalında əsas rol ağ qızılgül ilə zəngin qardeniya istifadə olunmuşdur. Müşk isə ətrin mərkəzi notudur. Ən seksual notları sidr ətri üzərində qurulmuşdur.

o.28854-600x350

loading...
Şərh yaz