2015-ci ilin manikur dəbi

loading...

Yaz fəslinə çox az vaxt qaldı. Bəs bu ilin manikur dəbi necə olacaq? Bu dəbi sizə təqdim edirik.

Nude

Ən birinci və əsas manikur stili nude-dir. Dırnaq boyası əl dərisi ilə eyni tonda seçilməlidir. Bu manikur çox səliqəli və incə görünür. Həm də dırnaq rəngi ilə əl rəngi eyni olduğu üçün dırnaqlar vizual olaraq uzanır. Nyude manikur demək olar bütün obrazlara yaraşır. Əgər siz super dözümlü dırnaq boyası çəkib onu bir neçə obrazla istifadə etmək istəyənlərdənsinizsə, onda nyude sizin ideal seçiminizdir.

Metallik

Bu il metallik tonlar dəbə gəlir. Təbii ki, əsas tonlar gümüşü və qızılıdır. Ancaq polad, mis və digər metallik görünüşlü rənglər dəbdə olacaq. Həm də parıltılı boya da çəkə bilərsiniz. Bu sizə dəbdəbəli obraz verəcək.

Aypara

Bu il yeni manikur dəbi ayparadır. Bu, dırnaqların əsasını aypara formasında boyasız saxlamaq və ya kontrast boya çəkməklə əldə olunur. Belə manikur forması sanki tərsinə frençdir. Ancaq onu da deyək ki, fransız manikuru dəbdən düşmür. Ən yaxşısı isə hamısını eyni vaxtda istifadə etməkdir. Bir neçə boyama texnikasının birləşdirilməsi bu ilin dəb tendensiyasıdır.

Parıltısız, mat boyama

Stilistlərin daha bir məsləhəti mat, parlaq olmayan boyalardan istifadə olunmasıdır. İstəsəniz mağazalardan mat boya ala bilrəsiniz. İstəsəniz isə parlaq boya alıb, onu xüsusi örtücü maye- möhkəmlədici maye ilə mat ton verə bilərsiniz. İkinci variant daha sərfəlidir ki, eyni noyanı həm parlaq, həm də mat formada çəkə bilərsiniz.

Zolaqlar və həndəsi fiqurlar

Dırnaqlarda bəzəyə gəlincə, stilistlər hındəsi fiqurlar və aydın xətlərə üstünlük verirlər. Belə manikurdə bir ton boya və üfüqi kontrast xətt üstünlük təşkil edir. Xətt orta dırnağın ortasından yuxarıda və ya aşağıda ola bilər. Əsas odur ki, o, nazik və incə sap şəklində olsun. Burada ağ emaldan və ya xüsusi dırnaq üçün lentlər yapışdırmaq olar.

Yayılmış manikur

Bu il yayılmış manikur dəbdə olacaq. Sanki manikur ustası lazımi qədər boya götürməyib və dırnağın bor hissəsini boyaya bilmişdi. Bu cür akvarel boyanı həm şəffaf əsasda, həm də digər lak tonunun üzərindən çəkmək olar.

Tünd və parlaq

Əgər siz dırnaq boyalarında qeyri-adiliyi sevmirsizsə, tünd boyalardan istifadə edə bilərsiniz. Qara, bordo, bənövşəyi rənglərdən ehtiyat etməyin, onlar dəbdədir.

Dırnaqlar qadın obrazının tamamlanmasında əvəzsiz rola malikdir. Onların sağlamlığı orqanizmin sağlamlığının göstəricisidir. Vaxtında onun qayğısına qalın ki, xəstələnməyəsiz. Manikur dəbində isə biz sizə kömək edərik.

loading...
Şərh yaz