2015 Dəbli interyer dizaynı

loading...

Artıq yeni ilin dəbi haqda danışmağın vaxtıdır. 2015-ci il interyer dizaynında Romanoff & Wood studiyasının dizaynerləri yeni ilin interyer dəbi haqda biliklərini sizinlə paylaşır.

Son illər insan fəaliyyəti bütün sahələrdə əksini tapır. İnteryer dizaynı da istisna deyil. Hər yerdə ekoloji məhsullar, elektriklə işləyən avtomobillər, bərpa olunan enerji mənbələrinə rast gəlinir. İnteryerdə dəbdə olacaqlar bunlardır:

Ekoloji məhsulların istifadəsi. 2015-ci ilin interyeri təbiətə yaxınlığı və ekoloji təmizliyi ilə seçiləcək. Sadə materiallar bizdə təbiətlə assosiasiya yaradır. Kobud işlənmiş mebel diqqəti üzərindəki işləmələrə çəkir, döşəmə isə kəsilmiş kərpic və ya çapılmış daşa bənzəyir.

Növbəti ilin devizi ” gördüklərinə deyil, öz hisslərinə etibar et” olacaq.

2015-ci ildə skandinav stili aktual olacaq. Təbii materiallar, ağ rəng və forma sadəliyi və incə rasionallıq üstünlük təşkil edəcək.

Skandinav tərzi ona görə yaxşıdır ki, onu nəsə ilə pozmaq çətindir və yaşamaq üçün çox rahatdır. Əşyaları qoymaq üçün çoxdur- şkaflar, rəflər, nişlər bir neçə parlaq, əlvan dekor əşyaları ilə əla uyğunlaşır. Bunu rəqəmlər də sübut edir. İnsanlar təmir zamanı divarların düzləşdirilməsinə pul xərcləməkdənsə, orada multifunksional mebel yığdırmağa daha çox pul xərcləyirlər.

Divarda yazılar. Müasir interyerdə daha bir ştrix divarlarda yazıların olmasıdır. Əllə, trafaretlə və ya sadəcə qeyri-müntəzəm yazılmış hərflər növbəti ilin əsas dekoru olacaq.

Əlyazmanın yazılması üçün mütəxəssislərə müraciət etmək olar. Lakin yeni ildə əsas individuallıqdır. Divarların boyanmasında qrifel boyaların istifadəsi dəbdir. Onun üzərində məktəb yazı taxtası kimi təbaşirlə yazmaq olar. Divarlarda yazılar əlavə xərc çəkmədən evi dekor etməyə imkan verir. Yandex statistikası bunu sübut edir.

Şəffaf mebel. Yeni ilin dəbində orqanik şüşə və ya plesiqlas materialından olan şəffaf mebel xüsusi yer tutur. Filipp Stark öz məşhur şəffaf Ghost Louis stulunu hələ illər əvvəl hazırlamışdı. Hazırda pleksiqlasdan hər şey düzəldirlər.

Şəffaf plastmasdan düzəldilən mebel sanki otaqda gözəgörünməz olur. Ona görə də istənilən interyer ilə çox yaxşı uyğunlaşır.

Ağ və qara. Ağ və qara rəng klassik dizaynın təməl rəngləridir. 2015-ci ilin interyer dizaynında ağ-qara ziqzaqlar, naxışlar, zolaq və xanalar dəbdə olacaq. Bu tip interyerlə həm iri güzgü və qızılı şəkil çərçivələri, həm də parlaq interyer əşyaları gözəl uyğunluq yaradır. Bu rənglər interyer dizaynına geyim dəbindən keçmişdir və praktikada uğurla tətbiq edilir.

loading...
Şərh yaz