loading...

Bu il fevral ayı özü ilə romantikaya meyllilik gətirəcək. Biz xoş komplementlər, təsirli hədiyyələrdən həzz alacayıq. Fevralın ortalarında doğru romantika daha ehtiraslı mərhələyə keçəcək. Bu il ulduzların düzülüşü hətta sevgilisi olmayanlara da Müqəddəs Valentin günündə hədiyyələr almaq şansı verir. Buyurun bürclərin sevgi qoroskopu ilə tanış olun.

Qoç bürcü. Sərbəst qoçlar fevralda başa düşəcək ki, onlar indi axtardıqları kimi yox, gənclikdəki ideal cazibədarlığa sahib olanı arzu edirlər. Bu isə öz növbəsində çox yaxşı nəticə verəcək. Onlar əsl məhəbbətlərini tapmaq və yeni roman başlamaq şansı ələ edəcəklər. Bu isə həm mənəvi , həm də fiziki ehtiyacları ödəməyə imkan verəcək.

Əgər siz artıq ailəlisinizsə, münasibətlərdə dominantlıq etməkdən əl çəkəcək, münasibətlərinizin əvvəlki atmosferini qaytarmağa cəhd edəcəksiniz. Ayın ilk ongünlüyündə subaylar imkanları qiymətləndirəcək, ailəlilər isə əvvəlki münasibəti bərpa etməyə çalışacaq. Ayın ortaları real tərəf müqabilinizi sevindirəcəksiniz. Ayın sonu isə sizi yeni sevgi və məhəbbətin möhkəmlənməsi gözləyir.

Buğa bürcü. Subay buğalara ulduzlar həyəcanlı görüş və romanın başlanmasını vəd edirlər. Böyük ehtimalla fevralda elə bir insan peyda olacaq ki, sizə enerji verəcək, qayğı ilə əhatə edəcək, sizi narahatlıqlardan azad edəcək. Doğrudur, sizin ona sevginiz bir qədər gec əmələ gələ bilər.

Əgər ailəlisinizsə, sizin yoldaşınızla başınıza elə bir hadisə gələcək ki, bir-birinizə nə qədər dəyərli olduğunuzu sizə göstərəcək. Bununla da münasibətlərinizi təzələyəcək və yeni nə isə gətirəcək. Həm də yarınızı nəyə görə isə bağışlayacaqsınız. Əlbəttə ki, konfliktlər də qaçılmazdır.

Ayın ilk ongünlüyündə subay buğaları özünəməxsus qayğı, ailəliləri isə ailə birliyini möhkəmləndirmək şansı yaranacaq. Fevralın ortaları real sevgilinizin sevgisi ilə əhatə olunacaqsınız. Ayın sonu intim mövzuda söz-söhbət mümkündür, subaylar isə yeni roman başlamaq barədə düşünə bilər.

Əkizlər bürcü. Subay əkizlər fevralda çox da uğurlu sevə bilməyəcəklər. İstisna deyil ki, siz sirli və seksual birinə vurulacaqsımız, ancaq çətin ki sevginiz qarşılıqlı olsun. Ancaq onunla intim yaxınlıq mümkündür.

Əgər sizin sevgiliniz varsa, ilk iki ongünlükdə dava və mübahisələr yaradaraq münasibətlərinizin möhkəmliyini yoxlayacaqsınız. 19 fevraldan sonra başa düşəcəksiniz ki, səhv etmisiniz və səhvlərinizi düzəltməyə çalışacaqsınız.

Ayın əvvəlində arzu və emosiyalarınıza qapılmayın. Bu, təəssüflənmə və ürək əzablarına səbəb olacaq. Fevralın ortaları real sevgili namizədinizi hər hansı hərəkətinizlə özünüzdən uzaqlaşdıra bilərsiniz. Ayın sonu sizi parlaq seksual təəssüratlar gözləyir.

Xərçəng bürcü. Subay xərçənglərə əks cinsin nümayəndələrinin böyük diqqəti gözlənilir. Siz də öz növbənizdə heç vaxt yaşamadıqlarınızı bəxş edən birisinə meyl edəcəksiniz. Deməli, yeni romanın başlanması ehtimalı böyükdür. Bu isə həyatınıza rəngarənglik qatacaq.

Əgər siz ailəlisinizsə, ailə münasibətləriniz stabilləşəcək. Böyük ehtimalla yarınız sizə uzun müddətdir həyatınızda çatışmayan nəyisə verəcək və ya iki aydan çoxdur davam edən münaqişəni bitirəcək.

Fevralın əvvəli real və namizəd partnyor sizi təəccübləndirəcək. Bu isə müsbət emosiyalara əsas verəcək. Ayın ortaları sizi hədiyyə gözləyir. Sonu isə elə bir addım atacaqsınız ki, nəinki şəxsi həyatınızı dəyişəcək, hətta həyat amalınıza təsir edəcək.

Şir bürcü. Subay şirlərə ulduzlar çılğın roman vəd edirlər. Ehtimal var ki, fevralda tale sizi elə bir insanla qovuşduracaq ki, onun psixotipi sizinki ilə üst-üstə düşəcək və siz darıxmayacaqsınız. Bunula yanaşı onunla münasibətlərdə ehtiraslı seks və səs-küylü münaqişələr şəxsiyyətinizin yüksəlməsi ilə müşayət olunacaq.

Əgər sevdiyiniz şəxs varsa, onunla son zamanlar baş verən fikir ayrılığından azad olmağa çalışacaqsınız. Hədiyyələr və müxtəlif vədlər xeyrinizə olacaq. Yəqin ki, hərəkətləriniz bəhrəsini verəcək və münasibətləriniz düzələcək.

Ayın əvvəli real və ya potensial partnyorla psixologiya bilikləriniz və həssaslığınız lazım gələcək. Fevralın ortaları bir çoxları sizin temperamentoinizdən və lazımi anda onu saxlamaq qabiliyyətinizdən asılı olacaqlar. Ayın sonu şəxsi həyatınız yaxşı məcraya dəyişəcək, tez-tez eyforiya yaşamaq qismət olacaq.

Qız bürcü. Subay qızların həyatında fevralda çətin ki, nə isə dəyişsin. Bu period ərzində romantik münasinətlərə meyl sizdən yan keçəcək. Hətta kimsə sizin diqqətinizi cəlb etsə belə tale onu sizə yaxın buraxmayacaq. Ümumilikdə hər şey yaxşıya doğrudur.

Əgər ailəlisinizsə, hansısa hərəkətiniz və eqomərkəzliliyiniz ona mənfi təsir edə bilər. Doğrudur, istisna deyil ki, siz real fakta deyil, özünüz istədyinizə reaksiya verəcəksiniz. Bir qədər obyektiv olun.

Ayın əvvəli hansısa səbəblə əks cinsin nümayəndələrinə qarşı neqativ münasibət bəsləyəcəksiniz. Fevralın ortalarında sizi sevən və diqqətinizi çəkmək istəyən insanlarla mübahisə yaratmaq üçün bəhanə axtarmayın. Ayın sonu incitdiklərinizlərdən üzr istəməli olacaqsınız.

Tərəzi bürcü. Subay tərəzilərə fevral çətin ki, şəxsi həyatda dəyişiklik gətirsin. Böyük ehtimalla sizin buna heç vaxtınız da olmayacaq. Əks cins insanlarla yalnız iş məqsədi ilə görüşəcəksiniz.

Əgər ailəlisinizsə, həyat yoldaşınızla münasibətləriniz sizə nə qədər kömək etmək istəməsindən asılı olacaq. O, sizə kömək edərsə, münasibətləriniz daha da güclənəcək, əks halda inciyəcək və özünüzə qapanacaqsınız.

Ayın əvvəlində özünüzü hər şeyi bacaran kimi göstərməyin. Yoxsa sizə kömək lazım olan halda tərəf müqabiliniz bunun öhdəsindən tək gələ biləcəyinizi düşünəcək. Fevralın ortalarında yoldaşınızın məşğul olduğunu real qiymətləndirin. Ayın sonu isə qısqanclıq səhnələri yaratmayın.

Əqrəb bürcü. Sərbəst əqrəblərə bu ay böyük və parlaq hisslərin başlanğıcı ola biləcək görüş vəd edir. Böyük ehtimalla yanınızda əsl sizin adamınız peyda olacaq. Onunla özünüzü rahathəm ünsiyyətdə, həm də intim sahədı çox rahat hiss edəcəksiniz.

Əgər sevgiliniz varsa, sizi romantika və qarşılıqlı başa düşülmə ilə zəngin xoş bir dövr gözləyir. Hətta hamiləlik də mümkündür.

Ayın əvvəli tərəf müqabilinizlə münasibətləriniz sizin əhvalınızdan asılı olacaq. Ortalarda isə şəxsi həyatınıza elə bir şey daxil olacaq ki, o, sizin həyatınızda uzun müddət qalacaq. Fevralı sonu isə yeni arzularınız meydana gələcək. Çalışın onları yerinə yetirin.

Əqrəb bürcü. Sərbəst oxatanların fevralda uzunmüddətli roman başlamaq üçün əla şansları olacaq. Doğrudur, ehtimal var ki, yeni tərəf müqabili ilə münasibətlər çətin psixoloji planda olacaq. Ola bilsin ki, daxili təcrid işə düşəcək və siz ona qarşılıqlı sevgi nümayiş etdirə bilməyəcəksiniz. Yenə də bu təcridləri asanlıqla aradan qaldıracaqsınız.

Əgər artıq ailəlisinizsə, fevralın ilk iki ongünlüyündə yoldaşınızdan nədənsə şübhələnəcəksiniz. Ancaq 19 fevraldan sonra hər şey aydınlaşacaq. Əsas odur ki, bu vaxta qədər hər şeyi məhv etməyəsiniz.

Ayın əvvəli və ortaları öz daxili şübhələrinizlə mübarizə aparmalı olacaqsınız. Həyatınızdakı insanı özünüzdən kənarlaşdırmayın. Yoxsa fevralın sonu təəssüflənəcəksiniz.

Oğlaq bürcü. Sərbəst oğlaqları fevralda görüş gözləyir. Nəticədə hansısa prinsiplərinizə güzəştə getməli olacaqsınız. İstisna deyil ki, bu insanla münasibətlırinizi heç kimlə müzakirə etmədən onunla intim əlaqəyə razılıq verəcəksiniz. Hətta onun özünü və ya hərəkətlırinin motivini başa düşməsəniz belə.

Əgər ailəlisinizsə, yarınıza hədiyyə verməyiniz məsləhət görülür. Bununla yanaşı hədiyyə verdiyiniz insanı incidəcəksiniz. Ancaq insaflı olun. Hədiyyə verdiyiniz insana neqativ hisslər yaşatmayın.

Ayın əvvəli romantik əhvalda olacaq və sizə xas olmayan hərəkətlərə yol verə bilərsiniz. Fevralın ortaları sizə dəyərli insanla münasibətlərdən zövq alacaqsınız. Ayın sonu əhvalınız dəyişəcək və siz hər hansı səhv addım ata bilərsiniz.

Dolça bürcü. Sərbəst dolçaların yanında elə bir insan peyda olacaq ki, güc və vaxtını sərf etdiyinə peşman olmayacaq. Ehtimal ki, o, bütün işlərini atıb yalnız sizinlə məşğul olacaq. Sizi müxtəlif hədiyyələr gözləyir və bu, sizin xoşunuza gələcək. Hətta sevgi yaşamağı düşünməsəniz belə ona 1arşılıqlı cavab verəcəksiniz.

Əgər ailəlisinizsə, bu ay yoldaşınıza etdikləriniz iki qatı ilə sizə qayıdacaq. Əgər ona sevgi bəxş etmisinizsə, onu artıqlaması ilə geri alacaqsınız.

Ayın əvvəli sizinlə aktiv ünsiyyətə cəhd edəcək. Onu bu həzdən məhrum etməyin. Fevralın ortalarında bu insana münasibətiniz yaxşı tərəfə dəyişəcək. Ayın sonu isə vacib qərar qəbul etməli olacaqsınız. O isə bütün həyatınızı dəyişəcək.

Balıq bürcü. Sərbəst balıqlara ulduzlar gözəl sevgi əldə etməyi vəd edir. Böyük ehtimalla çoxdan bəri laqeyd ola bilmədiyiniz birisindən sevginizə qarşılıqlı cavab alacaqsınız. Əgər hələ də xoşunuza gələn kimsə yoxdursa, sizdə ehtiras oyadacaq birinə rast gələcəksiniz və onunla ailə qurmağa qərar verəcəksiniz.

Əgər ailəlisinizsə, onda hər şey ailənizdəki indiki vəziyyət kimi olacaq. Əgər ailənizi sevir və xoşbəxtsinizsə, bu daha da möhkəmlənəcək. Yox əgər ailənizdə hər şey yaxşı deyil və siz yoldaşınıza etibar etmirsinizsə, ola bilsin ki, boşanmaya ərizə verəcəksiniz.

Ayın əvvəli və ortaları sevgilinizlə münasibətdə dəfələrlə təəccüblənəcəksiniz. Fevralın sonu isə qərar veməli olacaqsınız. Bu isə şəxsi həyatınızda bir çox növbəti hadisələrin gedişini müəyyən edəcək.

 

loading...
SHARE