21 möhtəşəm sevgi hekayəsi

loading...

Bu qısa sevgi hekayələri böyük bir həyatdır. Onlar istənilən bir insana təsir etmək gücündədir.

  •  Bu gün babam15 il əvvəl gözləri kataraktadan tutulan 75 yaşlı babam mənə dedi: ” sənin nənən dünyada ən gözəl qadındır, elə?”. ” hə əlbəttə” dedim, “yəqin sən görmədiyin üçün onun gözəlliyi üçün darıxırsan?”. Babam gülümsədi: “əzizim, mən indi nənəni cavanlıqda gördüyümdən daha yaxşı görürəm”.
  •  Bu gün mənim qızımın toyudur. 10 il əvvəl mən yanğın olan avtoqəzadan gənc 14 yaşlı oğlanı xilas etmişəm. Həkimlərin dediyinə görə o, heç vaxt yeriyə bilməyəcəkdi. Tez-tez onu xəstəxanada qızımla bərabər ziyarət edirdim. Sonralar qızım tək gedirdi. Artıq bu gün həmin oğlan öz ayaqları üzərində dayanaraq qızımın barmağın aüzük taxır.
  • Mən floristəm. Bir gün səhər 7-də mağazanı açmağa gələndə qapının ağzında əsgər geyimində bir oğlan gördüm. O dedi: ” mən hər cümə günü yoldaşıma gül bağışlayıram. İndi isə Əfqanıstanda döyüşə gedirəm. İstəmirəm ki, mənim yoxluğumu hiss etsin”. Ona görə də hər cümə günü onun ünvanına göndərilməsi üçün 52 dəstə gül sifariş verdi. Onun xidməti başa çatana qədər göndərməyi xahiş etdi. Əlbəttə ki, mən ona 50% endirim etdim və bu sevgi dünyamı işıqlandırdı.
  •  Mən 18 yaşlı nəvəmə heç vaxt məktəb illərində şənlikdə iştirak etmədiyimi və səbəbinin heç vaxt dəvət almamağım olduğunu danışdım. Təsəvvür edirsiz, bu axşam o, smokinqdə qapımı döydü və məni məktəb yığıncağına öz tərəf müqabili kimi dəvət etdi.
  •  Bu gün o, 18 aylıq komadan ayıldı və məni öpərək dedi: ” çox sağ ol ki, bütün bu müddət ərzində mənimlə oldun və mənə inandın. Bəli, mən səninlə ailə qurmağa razıyam”.
  •  Bu gün mən parkda ayaqüstü yemək qərarına gəldim. Buterbrodumu yenicə açmışdım ki, bir maşın dayandı. Maşında caz səslənirdi. Yaşlı kişi maşından düşərək əlini xanıma uzatdı və onlar musiqi sədaları altında yarım saat rəqs etdilər.
  •  Bu gün balaca bir qızı əməliyyat edirdim. Ona birinci qrup qan lazım idi. Ancaq xəstəxanada yox idi. Onun ekiz oğlan qardaşında isə var idi. Ona qan verə biləcəyi haqda məlumat verdik. O gedib ana, atası ilə vidalaşdı və qan verməyə gəldi. Elə bilirdi ki, qan verməklə öz canını bacısına bəxş edir. Hazırda hər ikisi ilə hər şey yaxşıdır.
  • Mənim atam dünyanın ən yaxşı atasıdır. Biz həmişə onun qayğısını hiss etmişik. Heç vaxt bizə laqeyd olmayıb. Bir gün onun alət qutusunda kəlbətin axtararkən qutunun lap dibində bir kağız parçası tapdım. Orda yazılmışdı: ” mənim 19 yaşım var. Mən əyyaş, institutdan qovulmuş, özünü öldürməyi belə uğursuz, maşın oğrusu biriyəm. Gələn ay buraya həm də atalıq əlavə olunacaq. Ancaq mən elə edəcəyəm ki, övladlarım üçün hər şey yaxşı olsun. Buna and içirəm!”. Mən bilmirəm necə, ancaq o, bunu bacarıb.
  •  Oğlum bir gün məni qucaqlayaraq dedi:” sən dünyanın ən yaxşı anasısan!”. ” Nə bilirsən? Axı sən dünyanın bütün analarını görməyibsən”. O, məni daha bərk qucaqlayıb dedi:” sən elə mənim dünyamsan!”
  •  Mən bu gün alzaymer xəstəliyindən əziyyət çəkən yaşlı kişini müayinə edirdim. O, bir neçə dəqiqə əvvəl olanları çətinliklə xatırlayırdı. Ancaq möcüzəli şəkildə hər dəfə həyat yoldaşı onun görüşünə gəldikdə ” salam, əzizim keyt” deyirdi. Məncə bu möcüzə sevgi adlanır.
  •  Mənim 21 yaşlı labrador cinsindən olan itim çox yaşlıdır. Onun hətta hürməyə də halı yoxdur. Buna baxmayaraq mən içəri girəndə o yenə də quyruğunu bulayır.
  • Bu gün mən mətbəxin pəncərəsindən 2 yaşlı qızımın necə hovuza düşdüyünü gördüm. Mən özümü ona çatdırmsmış retriver Reks adlı itimiz özünü suya ataraq uşağın köynəyinin boynundan yapışaraq dayaz yerə çıxardı və qız ayağa qalx bildi.
  • Mənim böyük qardaşım artıq 15-ci dəfədir ki, mənə sümük iliyi verir ki, mən xərçəngdən müalicə olunum. Mən hətta bilmirəm o, bunu nə vaxt edir. Ehmalca həkimimlə danışır. Həkim deyir ki, artıq müalicə effekt verir. ” biz davamlı remissiya müşahidə edirik” deyə o bildirdi.
  •  Bu gün babamla evə gəlirdik. Qəfildən dönərək dedi: ” mən gül almağı unutmuşam. Bu dəqiqə gəlirəm”. ” Bu gün hansısa xüsusi gündür?” deyə soruşdum. ” Yox, adi gündür. Hər gün xüsusidir. Nənən isə gülləri sevir. Güllər onu xoşbəxt edir”.
  •  Bu gün özümü öldürməzdən əvvəl yzdığım məktubu oxuyurdum. Çən onu 2 sentyabr 1996cı ildə yazmışdım. Bu anda içəriyə sevgilim girmiş və hamilə olduğunu demişdi. O an mən hiss etdim ki, yenidən yaşamaq istəyirəm. Tez-tez o məktubu oxuyur və həyata ikinci dəfə yaşamaq şansım olduğu üçün minnətdar oluram.
  •  Bu gün atamın ölümündən 10 il keçir. Mən balaca olanda o, mənə yatmazdan əvvəl bir mahnı oxuyardı. O, xərçəng xəstəsi idi. dodağınınUzun illər idi ki, bu musiqini eşitmirdim. Bu gün yoldaşın dodağının altında o musiqini oxuduğunu eşitdim. Məlum oldu ki, anası o uşaq olanda bu mahnını oxuyarmış.
  •  Mənim 11 yaşlı oğlum lal-kar dilini çox gözəl bilir. Çünki onun uşaqlıq dostu lal-kardır. Onların dostluğunun getdikcə möhkəmləndiyini görmək çox qürurvericidir.
  • Bu gün mənim atam dünyasını dəyişdi. Onun 92 yaşı vardı. Mən onu otağında kresloda oturmuş vəziyyətdə tapdım. Dizləri üstündə 10 əvvəl rəhmətə getmiş anamın şəkli vardı. Yəqin o, ölümünü hiss etmiş və son dəfə görmək istəmişdi.
  • Mənim oğlumun 17 yaşı var. O, dünyaya kor gəlib. Ancaq bu ona əlaçı və yaxşı gitarist olmağa mane ola bilmədi. Onun ilk albomu şəbəkələrdə 25 mindən çox yüklənib. Hətta o, yaxşı sevgilidir. Bacısı ondan soruşanda ki, sevgilisində onu nə cəlb edir? O cavab verdi: ” hər şey. O, çox gözəldir”.
  • Uzun müddət söhbət etdik, əyləndik. Axırda o, mənə iri bir bağlama verdi. Bağlamada 2 il ərzində mənə yazdığı sevgi məktubları vardı. Üzərinə isə “Təsliyim ucbatından göndərmədiyim məktublar” yazılmışdı.
loading...
SHARE
Şərh yaz