25 yaşadək xanımlar üçün dəriyə qulluq

loading...

Problemli dəri

Həyatımızın ayrı-ayrı dövründə dərimiz xüsusi qulluq və müxtəlif kosmetik vasitələrin tətbiqini tələb edir. Amma istənilən yaşda onun təmizlənməyə, nəmlən­məyə, qidalanmağa və müdafiəyə ehtiyacı var.

Kosmetoloqlar beş yaş mərhələsi ayırd ediblər ki, bunlardan hər birində orqanizmdə qulluğun xüsusiyyətlərini müəyyənləşdi­rən proseslər baş verir.

25 yaşadək xanımlar üçün dəriyə qulluq

Bu yaş dövründə dərinin xüsusi qulluğa ehtiyacı yoxdur. Bu səbəbdən də yalnız təmizləyici, təravətləndirici və nəmləndirici prosedurlarla kifayətlənmək olar. 25 yaşında dəri hücey­rəsi sürətlə bərpa oluna bildiyindən sağlam və elastik görünə bilir.

Əgər sızanaq səpkisi kimi çətinlik ortaya çıxıbsa, endokrinoloqa getmək məsləhətdir, hərçənd ev vasitələri də köməkçi ro­lunda çıxış edə bilər. Ən əsası, dərini təmiz saxlamaqdır. Prob­lemli dəri sahiblərinə üzlərini gündə 2 dəfə losyonla təmizləmək məsləhət görülür, həmçinin kosmetik salonda da prosedur kur­su keçmək olar.

Düzgün həyat tərzi keçirmək də mühüm amillərdən biridir. Zərərli adətlərdən əl çəkmək, düzgün qidalanmaq, qida rasionuna mineral və vitaminlərlə zəngin ərzaqlar daxil etmək lazımdır.

loading...
Şərh yaz