45 dəqiqə ərzində mənzili necə nizama salmaq olar?

loading...

Yəqin ki, hər kəs çox qısa müddətə mənzili nizama salmaq problemi ilə dəfələrlə üz-üzə qalıb. Çox vaxt insanlar nədən başlamağı bilmədən mənzildə qaça-qaça düşürlər. Qarışıqlığın yaranmaması üçün nədən və necə başlamaq lazım olduğunu bilmək lazımdır.

Birinci mərhələ: mətbəx – 12 dəqiqə

  • İlk olaraq ümumi təmizlik etmək lazımdır. Bunun üçün 2 dəqiqə kifayət edəcək. Bütün lazımsız əşyalar mətbəx masasından yığışdırılmalıdır.
  • Ümumi təmizlikdən sonra qab-qacağı yumaq lazımdır.
  • Mətbəx səthlərinin təmizləməsinə başlamaq lazımdır. Bu məsələnin öhdəsindən gəlməyə mikro lifdən olan yumşaq dəsmal kömək edəcək.
  • Mətbəx texnikasının təmizliyi. Mikrodalğalı soba, soyuducu, qaz plitəsi və mətbəxdə olan digər texnikanı təmizləmək lazımdır.
  • Son olaraq döşəməni təmizləmək lazımdır. Əvvəl bütün qırıntıları və tozu süpürmək, sonra isə döşəməni silmək lazımdır.

İkinci mərhələ: yataq otağı – 10 dəqiqə

  • İlk olaraq bütün artıq əşyaları yığışdırın. Yataq otağı yalnız hər şeyin öz yerində olduğundan sonra təmiz və gözəl görünəcək.
  • Əgər çarpayı yığılmayıbsa, bunu dərhal etmək lazımdır. Əgər varsa çarpayını balaca dekorativ yastıqçalarla bəzəmək olar.
  • Tozun alınmasına başlamaq lazımdır. Təmizliyi otağın künclərindən başlayıb tədricən çıxışa yaxınlaşmaq lazımdır.
  • Sonda döşəməni təmizləmək lazımdır. Burada sizə tozsoran kömək edəcək. Həmişə olduğu kimi tozsoranla otağın künclərindən başlayıb çıxışa doğru təmizlik işləri aparmaq lazımdır.

Üçüncü mərhələ: vanna otağı və tualet – 8 dəqiqə

  • Təmizliyə başlamazdan əvvəl vannaya və unitaza təmizləyici vasitə tökmək lazımdır. Bu çətin çıxarılan ləkələri daha sürətli uzaqlaşdırmağa kömək edəcək.
  • Vannanı və ya duş kabinasını yaxşıca silmək, sonra isə təmizləyici vasitələrin qalıqlarını su ilə təmizləmək lazımdır.
  • Vanna otağındakı güzgünü təmizləyin. Bunun üçün sadəcə güzgü səthlərinin təmizlənməsi üçün xüsusi vasitədən istifadə etmək kifayətdir.
  • Unitazı təmizləmək üçün yuyucu toz və tualet şotkasından istifadə etmək lazımdır.
  • Vannanı diş fırçasının köməyi ilə təmizləmək olar. Bundan başqa belə şotka hətta ən çətin yerləri təmizləməyə kömək edəcək.
  • Sonda döşəməni təmizləmək lazım olacaq.

Dördüncü mərhələ: qonaq otağı – 15 dəqiqə

  • İlk olaraq qarışıqlığı aradan qaldırın. Bütün predmetlərin yerini düzəldib öz yerinə qoymaq lazımdır.
  • Tozun alınması.
  • Bütün şüşə səthləri xüsusi vasitənin və yumşaq dəsmalın köməyi ilə silmək lazımdır. Bu zaman səthi sıxmadan dairəvi hərəkətlərlə təmizləmək lazımdır.
  • Son olaraq döşəməni tozsoranın köməyi ilə təmizləmək lazımdır.
loading...
Şərh yaz