5 möcüzəvi ot və faydaları

loading...

4 mövsüm boyunca hər yerdə tapa biləcəyiniz cəfəri, şüyüd, roka, nanə və kərə kimi otların möcüzəvi faydalarını bilirsiniz mi? Daxili xəstəliklər üzrə mütəxəssis həm son dərəcə sağlam, həm də kilo verməyə köməkçi otların faydalarını izah edir.

Sağlamlığımıza sağlamlıq qatan 5 möcüzəvi ot..

Cəfəri

ceferi

C vitamini baxımından çox zəngindir. E və K vitaminlərinin tərkibində hüceyrələrin cavanlaşdırıcı xüsusiyyəti vardır və bağırsağın dostudur. Köpmə problemi yaşayırsınızsa cəfərinin sidik qovucu özəlliyindən faydalana bilərsiniz. Cəfərinin suyunu içməyə deyil, özünü yeməyə diqqət edin. Xüsusilə səhərlər naharda yarım dəstə və limonlu yersinizsə daha asan arıqladığınızı görərsiniz.

Şüyüdsuyud

İştah kəsicidir. İçində yüksək miqdarda C və E vitamini vardır. Hər cür salatlarınızda, tərəvəz yeməklərinizdə və şorbalarınızda istifadə edə bilərsiniz. Arıqlama zamanı iştahanızı idarə etmək üçün, qatıqlı təriflərinizdə mütləq istifadə edin.

Rokaroka

Roka təşkil etdiyi esanslar ilə çox gözəl aclıq hissini yatırır. Su nisbəti olduqca yüksək olduğu üçün orgaznimi nizamlayır və sidik ixracını asanlaşdırır. Cəfəri kimi bədəndəki köpü azaldır.

Qış aylarında pomidor və xiyarın yerinə könül rahatlığı ilə rokanı salatınıza əlavə edin. Hətta bəzi paylarda pendir və narla birləşdirib tək bir yemək olaraq da seçə bilərsiniz.

NanəNanə

Nanə, mədə və bağırsağımıza ən dost tərəvəzdir. Həzmi asanlaşdırır. Gözəl qoxusu ilə fərahlıq verir. Ağız içini təmizləmə xüsusiyyəti vardır, bakteriya və mikrobalarla savaşır. Nanə qurusunun çayı soyuq dəymə zamanıda çox yaxşı təsir edir.
1 stəkan qatığa və ya ayrana nazik-nazik doğrayıb əlavə etsəniz, uzun müddət tox olduğunuzu hiss edəcəksiniz.

Tərətere

Tərənin üzərinə limon sıxıb yeyə biləcəyiniz kimi salatlarınızda da istifadə etməyi tövsiyə edirəm! Tərə ilə hazırladığlnız salatlarınıza qoz qataraq ayrı bir ləzzətə çevirə bilərsiniz. Çalışın bir nəfərə düşən bütöv qoz sayı 3-dən artıq olmasın. Özünüzü bu qədər tox hiss etdiyinizə inana bilməyəcəksiniz!

loading...
Şərh yaz