“5 uşağım ola bilər…”

loading...

Müğənni Elnarə “Region TV”də yayımlanan “Şou Məkan” verilişində şəxsi həyatından və yaradıcılıq işlərindən danışıb.

Daha öncə çoxuşaqlı ana olmaq istədiyini açıqlayan müğənni, bu istəyini yenidən təkrarlayıb: “Həyatım irəlidədir, 5 uşağım da ola bilər. Niyə də olmasın”.
Sənətçi şəxsi həyatı ilə tamaşaçılara nümunə olmaq istədiyini də vurğulayıb: “Çalışıram ki, nümunə olum şəxsi həyatımla. Axı mənə gənclər baxır. Xanımlar, bəylər, ailəli olanlar, olmayanlar hamı bizdən nümunə götürür. Mən üzdə olan insanam. Hardasa, qaymağam.”

Sevilən müğənni bir müddət əvvəl sosial şəbəkələrdən müvəqqəti uzaqlaşmağı haqqında da danışıb: “Sosial şəbəkələrdən çıxdım bir müddət. 3 ay telefonumu da söndürdüm. Heç kimi görmək istəmirdim. Hər şey üstümə gəlirdi.”

Müğənni yarıdıcılıq işləri haqda isə bunları söyləyib: “Yeri gəldikcə iş görmək lazımdır. Hər ay 1 iş görüb, tez də yaddan çıxmaq istəmirəm. İstəyirəm ki, ildə 1 dəfə, 2 dəfə olsun, amma şillə olsun, yadda qalsın, 1 il hamı ondan danışsın. Hələ ki, belə olub, bunu qoruyub saxlamışam”

loading...
SHARE
Şərh yaz