loading...

 

Kaliforniyalı alimlərin kəşf etdiyi 8 saatlıq arıqlama üsulunda yemək nizamınızı 24 saata bölmək əvəzinə 8 saatla dəyərləndirirsiniz və arzuladığınız hər şeyi (şokolad belə) yeyə bilərsiniz.

Bu başlıq sizə bir az qəribə gələ bilər, ancaq 8 saatlıq pəhrizi izah edən kitab hazırda Amerikada ən çox satılan kitablar siyahısında yer alır. Kitabın qısa zamanda çox böyük təsirləri oldu. Bunun səbəbi isə 8 saatlıq pəhrizin əziyyətsiz formada qalmağınızı təmin etməsidir. Bu pəhrizlə bir günün yalnız 8 saatını istifadə etməklə formada qala bilərsiniz.

Kaliforniyadakı bir elmi araşdırma institutu olan Salk İnstitutunun etdiyi araşdırmada siçanlar üzərində 8 ilə 12 saatlıq zaman kəsiyində yüksək yağlı pəhrizlər tətbiq olunub. Araşdırma nəticəsində isə hamısının sağlam və arıq qaldıqları ortaya çıxıb. Üstəlik eyni zaman kəsiyində qidalanmanın sağlamlıq baxımından faydaları da ortaya çıxıb.

8 saat ərzində istədiyiniz qədər yeyə bilərsiniz. Hər gün davam etmək məcburiyyətində  deyilsiniz. Həftənin bir neçə günü belə etmək böyük fərqlər yarada bilər.

Bununla birlikdə diqqət yetirməniz lazım olanlar aşağıdakılardır:

Yediyiniz hər  məhsulun tərkibində mütləq bir sağlam və yağ yandırmağa köməkçi qida olmalıdır. Lifli qidalar, meyvə, tərəvəz, omega yağları və yağsız zülal ola bilər. Karbohidratlar güclü qidalarla istehlak edilməlidir. Məsələn: pendir ya da pomidor sousu kimi…

Yeyilməsi tövsiyə edilməyən qidalara isə bunlar daxildir: xəmir yeməkləri, şirniyyat, ağ düyü, çörək, həddindən artıq fast food və köhnə qidalar.

Son olaraq, hər səhər yalnız 8 dəqiqəlik idman etmək lazımdır. Hansısa xüsusi yerlərində yağlanmaları olanlar özlərinə uyğun məşqləri seçim edə bilərlər. /// Sevil

loading...
Şərh yaz