Aclıq hissini azaldan qidalar

loading...

Ramazan ayında oruc tutanlar üçün əsas məsələlərdən biri səhər imsaqda gün ərzində insanı tox tutan qidalara üstünlük verilməsidir. Bundan əlavə, digər vaxtlarda pəhriz saxlayanlar üçün də bu qidalar əhəmiyyətlidir. Xanım.net bu tip qidalardan bəzilərini nəzərinizə çatdırır:

Yumurta

Pəhriz tutanlarda insanı tox saxlayan qidalar olduqca vacibdir. Möhtəşəm bir zülal anbarı olan yumurta uzun müddət adamı tox saxlayır. Yumurta xoşlamayanlar qida rasionlarına bir kasa qatıq əlavə edə bilərlər.

Badam

Fındıq və fıstıq növləri arasında insanı uzun müddət tox saxlayan badam çərəzidir. Bu doymamış yağ turşusu həm iştahın yavaşlamasına, həm də ehtiyac duyulan mineralları almağa kömək edir.

Alma

Xüsusilə qabıqları ilə birlikdə istifadə olunması məsləhət görülür. Alma meyvəsi insanı tox saxlayan meyvələr sırasındadır. Tərkibində olan turşu sayəsində həm də dişləri təmizləməyə köməklik göstərir. Ramazan bayramında iftardan sonra mütləq bir alma yeməyi unutmayın.

Qoz

Qoz kimi yağ nisbəti yüksək qidalar yeməklərin mədədən keçmə sürətini yavaşlatmaqla toxluğun uzanmasına səbəb olur. Bu çərəzin digər faydaları haqda internetdə kifayət qədər məlumat var.

Taxıllar

Taxıllı qidalar bağırsaq hərəkətlərini və mədənin işləməsinə təsir göstərir. İçərisində olan lif isə həzmin daha yavaş olmasını təmin etdiyi bildirir. Bu sayədə ani toxluq hissi yerinə daha uzun toxluq yaşanır.

Banan

Kalium qaynağı olan banan tox qalmanıza köməkçi olan meyvələrdəndir. Bir kasa qatığın içinə dilimləyəcəyiniz 1 ədəd banan, həm lazımlı vitaminləri almanıza həm də aclıq hissinizin azalmasına səbəb olur.

loading...
Şərh yaz