Ağcaqanad sancmasından sonra qaşınmanı və iltihabı necə aradan qaldırmaq olar?

loading...

Yay mövsümündə başımızın üstündə uçaraq bizi bədənimizin hər yerindən sancan ağcaqanadlardan çox bizi heç nə qıcıqlandırmır. Bu zəhlətökən həşəratlar sizin təmiz havada keçirmək istədiyiniz ən gözəl yay axşamını belə asanlıqla korlaya bilir.

Ağcaqanad sancmasından sonra qısa vaxt ərzində dəri qıcıqlanır və qaşınmağa başlayır, sancma yeri isə qızarır və iltihab əmələ gəlir. Mağazalardan qaşınmanı, ağrını və şişi aradan qaldırmağa kömək edə biləcək müxtəlif vasitələr almaq olar. Lakin buna baxmayaraq ağcaqanad sancmalarından çox effektiv ev vasitələrinin reseptləri də mövcuddur.

Limon dilimləri. Əvvəlcə limonun üzərinə qaynar su tökün, sonra isə onu nazik dilimlərə doğrayın. Ağcaqanad sancdığı yerə bir dilim limon qoyun. Bu zaman qaşınma və ağrı dərhal itməlidir.

Aspirin. Aspirinin istifadəsi ağcaqanad sancmasına qarşı növbəti effektiv vasitə sayılır. Aspirini xırdalayıb su ilə krem halına qədər qarışdırmağa çalışın. Bu üsul ilə hazırlanmış pastanı ağcaqanadın sancdığı yerə qoyun. Alma sirkəsi. Ağcaqanad sancmasından yaranan qaşınmadan qurtulmaq üçün həmin yeri alma sirkəsində isladılmış pambıqla silin.

Diş pastası. Bu məqsəd üçün istifadə etdiyiniz diş pastası mütləq nanəli olmalıdır. Bunun üçün sadəcə sancma yerinə diş pastası çəkmək lazımdır. Pasta həmin sahəni soyudacaq və bununla da ağrı çəkiləcək.

Mətbəx duzu. İlk olaraq ağcaqanad sancdığı yeri su ilə islatmaq, daha sonra isə bir çimdik duzu dairəvi hərəkətlərlə həmin yerə çəkmək lazımdır.

Banan qabığı. Qaşınan yeri banan qabığı ilə silin. Daha dəqiq desək banan qabığının iç tərəfi ilə silin. Bu prosedurdan sonra sancmadan heç bir iz qalmayacaq.

Soda. Su və sodadan pasta hazırlayın və onu ağcaqanad sancdığı yerə çəkin. Bu pasta da qaşınma və iltihabı aradan qaldıra biləcək.

Naşatır spirti. Qaşınmadan qısa müddətə qurtulmaq üçün ağcaqanad sandığı yerə bir az naşatır spirti damcıladın.

Çay ağacı və lavanda. Lavanda və çay ağacının efir yağlarını qarışdırın və alınmış qarışığı qıcıqlanmış dəriyə çəkin. Nəticədə ağrı, qaşınma və qızartı çox tezliklə keçəcək.

loading...
Şərh yaz