loading...

Zaman-zaman ya özümüzdə ya da ünsiyyətdə olduğumuz insanların ağzından xoşagəlməz qoxunun gəldiyini müşahidə edirik. Bu qoxudan xilas olmaq üçün müxtəlif vasitələr mövcuddur. Lakin çox yaxşı olar ki, problemi aradan qaldırmaqdan əvvəl, problemin əsas səbəbini tapasız. Xanım.net bu dəfə ağızdan gələn xoşagəlməz qoxunun yaranma səbəblərini araşıdırıb. Həmin səbəbləri təqdim edirik:

  – Qida

Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında qalması və parçalanması pis iyi yaradır. Efir yağına malik qidaların qəbulu ağızda pis iyin digər səbəbidir. Efir yağları müxtəlif bitkilərdən alınır və bunları aşağıdakıları nümunə göstərmək olar: dəfnə, evkalipt, şam, zeytun, qızılgülü, jasmin, kərəviz, sidr ağacı və s. Soğan və sarımsağın ağızda iyi yaratması hamıya bəlli olan bir fakdır. İyi yalnız qida qalıqlarının ağız boşlüğunda qalmasından deyil, həm də qeyd edilən yağların qana sovrulması və ağciyərlərə daşınması ilə bağlıdır. Bu yağlar ucucu olduğu üçün ağciyərlərdən xaric olur və tənəffüs zamanı ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72 saat sonra belə ağızda qoxu yaradır.

– Diş problemləri

Dişə düzgün gigyenik xidmətin göstərilməməsi və dişətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və  fırçalamırsınızsa qida hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların çoxalmasına və metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşmasına gətirib çıxarır.  Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı qıcıqlandıraraq iltihab yaradır (qinqivit) və hətta irinliyin əmlə gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də yarada bilir ki, bu periodontit adlanan xəstəlyin yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır.

Ağızda quruluq

Ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində əsaslı rol oynayır. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və yanaqda toplanıb qalmasına  səbəb olur ki, bu da sonradan onların parçalanaraq iyi törətməsinə səbəb olur. Ağızda quruluq normal fizioloji hallarda yatan zaman qeyd olunur. Məhz bu səbəbdən də bəzən səhərlər ağızda qoxu olur. Bəzi dərmanlar və siqare çəkmə ağızda xroniki quruma yaradan səbəblərdəndir.

  – Xəstəliklər

Xroniki ağciyər xəstəlikləri və ağciyər absesi ağızda çox dözülməz  qoxuya səbəb ola bilir. Xərçəng və metobolik pozğunuqlar ağızdan spesifik iyin gəlməsinə səbəb ola bilər. Məsələn, böyrək çatışmazlığı sidik qoxulu nəfəs yarada bilir. Qraaciyər çatışmazlığı zamanı “balıq qoxulu” nəfəs qeyd olunur. Nəzarət edilməyən şəkərli diabet meyvə iyisini xatırladan iyi verə bilər. Qastroezofageal Reflüks Xəstəliyi (QERX) zamanı da ağızdan iyi qeyd edilir.
  – Ağız, burun və boğaz xəstəlikləri

Burunətrafı ciblərin infeksiyaları ilə əlaqədar olaraq burun axıntısı geri qırtlağa da keçə bilir və ağızda iyi törədə bilir. Uşağın ağızından pis qoxunun gəlməsi onun burunun da yad cismin qalması üzündən yarana bilər. Qırtlaq infeksiyaları da tam təmizlənənə qədər nəfəsin qoxulu olmasına səbəb ola bilir. Bronxitlər və digər yuxarı tənəffüs yolu infeksiyaları da ağızdan pis qoxunun əmələ gəlməsinin digər səbəblərindəndir.

  – Tütün məmulatları

Siqaret çəkmə ağız boşluğunu qurudur və ağızda qoxunun yaranmasına səbəb olur. Tütün məmulatlarını istifadə edənlər də periodontal diş xəstəliklərinin əmələ gəlmə ehtimalı yüksəkdir.

  – Ciddi pəhriz

Ciddi pəhriz saxlayan insanlarda ketoasidoz üzündən ağızda meyvə iyili qoxu yarana bilər.

loading...
Şərh yaz