Ailə qurmağın yolu

  1. Təşəbbüs göstərin. Kişilər öz hisslərini gizlətməyən qadınları sevirlər. Lakin bu zaman çox səy göstərməyin, çünki bu halda kişilər bu vəziyyətdən vicdansızcasına istifadə etməyə başlayacaqlar.
  2. Onun vəkili olun. Kişiyə elə qadın lazımdır ki, başqalarının yanında o həmişə onun tərəfində olsun.
  3. Onun eqosunu qidalandırın. Mümkün olduqca ona kompliment edin, onun güclü tərəflərini vurğulayın.
  4. Özünüzü ən yaxşı tərəfdən göstərin. Bildiyiniz kimi kişilər gözləri ilə sevirlər, buna görə daim idmanla məşğul olun ki, gözəl formada olasınız. Kişini heç vaxt öz xəstəlikləriniz, maliyyə çətinlikləri və xəyali fiziki çatışmazlıqlarla yükləməyin, çünki neqativ informasiyanın bolluğu ayrılığa gətirib çıxara bilər.
  5. Vaxt keçirmək məqsədi ilə tanış olmayın. Öz gücünüzü sizə lazım olmayan insanlara xərcləməyin. Sizə hansı keyfiyyətlərə malik və necə bir insan lazım olduğunu əvvəlcədən müəyyən edin.
  6. Aranızda yaxın münasibət qurulmayana qədər bahalı hədiyyələr qəbul etməyin. Çünki bu zaman o sizi satın almış olacaq və siz tamamilə ondan asılı vəziyyətdə qalacaqsınız.
  7. Necə ailə qurmağınızı aydın təsəvvür edin. Nikahın müvəffəqiyyəti qadının düzgün seçilmiş rolu ilə təyin edilir. Qadın hansı ailə modelinə üstünlük verdiyini əvvəlcədən bilməli və onu öz sevgilisi ilə müzakirə etməlidir.
  8. Kişini özünüz evlənmə haqqında düşünməyə məcbur edin. Onun təşəbbüs göstərməyini gözləməyin.
  9. Öz yoldaşınıza xidmət edin. Ona yemək hazırlayın, təmizlik işləri ilə məşğul olun və ona qulluq edin.
  10. Təbii olun. Tanışlıq mərhələsində hələ bir az riyakarlıq etmək olar, dərhal bütün çatışmazlıqlarınızı açıb göstərmək lazım deyil. Amma bunu uzun müddət etmək olmaz. Həm də daim maskada gəzmək də sizi yoracaq.
loading...
Şərh yaz