Ailə səadəti nəyə əsaslanır?

loading...

Ərə getməyə hazırlaşaraq demək olar ki, hər bir xanım xoşbəxt və qarşılıqlı sevgi ilə dolu bir ailə həyatını təsəvvür edir. Təəssüf ki, çoxları üçün bu yalnız əlçatmaz bir xəyal olur və artıq bir neçə aydan sonra keçmiş sevgililər öz nikahlarını pozurlar. Lakin birlikdə xoşbəxt yaşayan cütlüklər də var. Bəs onlar xoşbəxt ailə qurmaq üçün hansı sirri tapıblar?

İnsanlar niyə nikaha daxil olurlar?

Yəqin ki, xoşbəxt nikahın əsası kimi sizin ailə olmağa, kədərdə və sevincdə birlikdə yaşamağa qərar verdiyiniz hədəfləri və səbəbləri hesab etmək olar.

Çox az adam ailə həyatının əsl nə olduğunu bilir: bu iki bir-birini sevən və hörmət edən insanın bərabər hüquqlu əməkdaşlığıdır ki, biri o birisinə görə özünü, öz xeyirini fəda etməyə hazırdır. Hər kəs ailə həyatının sizdən çox güzəştlər tələb edəcək diplomatiya sənəti olduğuna hazır deyil. Ailə həyatında siz ümumi məqsədlər və həyata baxışlarla birləşmiş vahid varlıq təşkil etməlisiniz.

Ailə səadətinə necə nail olmaq və onu necə saxlamaq olar?

Ailə – daimi əmək və səylərdir ki, burada hər iki tərəf təşəbbüs göstərir. Bu halda ailə xoşbəxtliyi təkcə iki nəfərlə məhdudlaşdırılmır, xoşbəxt ailə – bu doğmalar və dostlar, ər və arvadın hər birinin maraqlı işi, onların həvəsləri və şəxsi həyatıdır. Amma bu halda onlardan hər biri, ayrı-ayrılıqda dəyərli şəxsiyyət qalaraq, həmişə digərinin həyatı və problemləri ilə maraqlanır, onlarda iştirak edir, onunla birlikdə sevinir və kədərlənir, kömək edir və partnyorunun nail olduğu müvəffəqiyyətlərlə fəxr edir.

Özünüzə və sizi əhatə edənlərə maraqlı olun, özünüzdən razı olun, öz gücünüzü qarşılıqlı sevgi və hörməti saxlamağa yönəldin, öz evinizi və ailənizi elə bir güc, isti və sevgidə əminlik mənbəyi edin ki, ora qayıtmaq hər zaman xoş olsun.

Amma unutmayın ki, xoşbəxtlik kifayət qədər kövrək şeydir və əlbəttə ki, onun uğrunda mübarizə aparmağa dəyər. Onu paxıllardan və bədxahlardan qoruyun, əsası xırda şeylərə fikir verməyin. Ailə qurduğunuz insanı dəyişdirməyə çalışmaq lazım deyil, çalışın boş şeylərə görə qıcıqlanmayasınız.

loading...
SHARE
Şərh yaz