Aksessuarlar

loading...

Aksessuar – obrazı vurğulayan bir detaldır. Bəzən geyimlərimizə və saç düzümümüzə gözəl və zərif aksessuar seçmək çox çətin olur. Hal-hazırda əksər dükanlarda müxtəlif materiallardan hazırlanmış, fərqli dizaynı olan aksessuarlar mövcuddur. Lakin seçim zamanı keyfiyyətli əşyalara üstünlük vermək lazımdır ki, ondan istifadə zamanı əhval-ruhiyyəniz korlanmasın və sağlamlığınıza zərər dəyməsin. Bəs bu zaman aksessuar əldə edərkən nəyə diqqət etmək lazımdır?

Bijuteriya

Bijuteriya

Bəzəklər bizim hər gün istifadə etdiyimiz ən məşhur aksessuarlardır. Bijuteriyanın çoxu bilavasitə dərimizlə əlaqədə olduğu üçün onların seçiminə xüsusi diqqət ayırmaq lazımdır. Keyfiyyətsiz əşyalar dəridə allergik reaksiyanın yaranmasına səbəb ola bilər (qaşınma, səpgi, qızartı və ya qıcıqlanma). Bu problemdən qaçmaq üçün bəzək əşyasının hansı materialdan hazırlandığına diqqət edin və daha çox təbii materiallardan hazırlanmış aksessuarlara üstünlük verin.

Bundan başqa bəzəklərin bütün hissələri bir-birinə yaxşı bağlanmalı, onlarda kəskin və ya nahamar yerlər olmamalıdır.

EynəklərEynek

Dəb eynəklərin çərçivəsinin formasını dəyişsə də, onların özü daim dəbdə olur. Bəzən biz hətta eynəyə xüsusi ehtiyac olmayan vaxt da günəş eynəklərindən istifadə etməyə davam edirik, çünki eynəklər obrazın bir hissəsi sayılır. Keyfiyyətli eynək çərçivələri çox baha olur və bundan başqa hamının hər bir geyiminə uyğun müxtəlif cür eynək seçməyə imkanı yoxdur. Bu səbəblərdən bir daha ucuz və hər kəsə əlçatan variantlara tamah salmalı oluruq.
Eynək seçərkən onun cınaqlarının sizin qulaqlarınızı sıxmadığına, buruna yapışan hissənin isə kifayət qədər yumşaq oturmasına diqqət edin, çünki keyfiyyətsiz plastik material və cınaqların yanlış həndəsi quruluşu dəridə güclü qıcıqlanmaya səbəb ola bilər. 5-6 ədəd keyfiyyətsiz eynəkdənsə yaxşı olar ki, bir cüt yüksək keyfiyyətli eynəyiniz olsun.

Qulaqcıqlarqulaqliq

Müxtəlif texniki qurğular artıq bizim həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bunların içindən ən çox istifadə olunan aksessuarlardan biri də qulaqcıqlardır ki, onlar bizim obrazımızı tamamlayır. Qulaqcıqlar tamamilə fərqli rənglərdə və müxtəlif formalarda ola bilərlər, əsas odur ki, onlar insana ziyan vurmasınlar.

Əgər siz “damcı” formasında olan qulaqcıqlara üstünlük verirsinizsə, bu halda onları müntəzəm olaraq təmizləməyi unutmayın, çünki bu ən qeyri-gigiyenik aksessuar hesab edilir. Bundan başqa qulağınızın gigiyenasına da diqqət etməniz vacibdir. Daim qulaqcıqlardan istifadə edərkən qulaqlar tərləyir və onlarda kükürdün ayrılması artır ki, bu da müxtəlif bakteriyaların artımı üçün mükəmməl mühitdir.

loading...
Şərh yaz