loading...

Hollivudun “veteranı”, dünya şöhrətli aktyor Al Paçino evlənir.
“Qafqazinfo”nun Rosbalt-a istinadən məlumatına görə, bu, 74 yaşlı əfsanəvi aktyorun ilk evliliyi olacaq. O, Lyusila Sola adlı aktrisaya evlənmək təklif edəcək.

Müsahibəsində Al Paçino bununla bağlı açıqlama da verib:

“Mən heç vaxt “heç vaxt” deməmişəm. Bəli, belə görünür ki, bu, baş verəcək”.

Paçino belə bir məsuliyyətli addıma yalnız bu yaşında hazır olduğunu və yaşın heç bir önəm daşımadığını bildirib. Akrtoy sevgilisi Lyusilayla artıq 5 ildən çoxdur ki, görüşür. O, özü və sevimli xanımı üçün ev də alıb.

Al Paçino 3 övlad atasıdır-Cen Tarrant adlı eks-sevgilisindən 25 yaşlı qızı Culi, aktrisa Beverli de Andcelodan isə əkizləri-Anton Ceyms və Oliviya Rouz… 35 yaşlı argentinalı gözəli Solanın isə bundan əvvəlki münasibətindən 3 uşağı var.

loading...
SHARE
Şərh yaz