Alış-veriş edərkən nələrə diqqət etməlisiniz

loading...

Hər qadının həyatında ən çox sevdiyi şeylərdən biri dəlicəsinə shopping etməkdir. Belə ki, bir çox qadın bir mağazaya girdiyi zaman özünü itirir və evinə əlində bir çox paketlə qayıdır. Qarderobu daha sonra açdığı zaman özünə geyəcək bir şeylər tapmaqda çətinlik çəkir. Əminik ki, sizlərin də həyatınızda belə bir vəziyyətlə qarşı-qarşıya qaldığınız anlar olmuşdur.

Niyə belə olduğunu heç düşünmüsünüz mü? Əslində bunun səbəbi istəklərimizə məğlub olaraq ehtiyacımız olmayan şeyləri belə çox bəyəndiyimiz üçün aldığımızdan qaynaqlanır. Yaxşı bu vəziyyətin qabağını almaq üçün nələr etməli olduğunu bilirsiniz mi? Əslində bu problemin cavabı çox sadədir və yazımızın geri qalan hissəsində sizləri gözləyir.

Plan hazırlayın və plana sadiq qalmağa çalışın

Alış verişə getməzdən əvvəl etməniz lazım olan ilk şey ehtiyaclarınızı təyin etmək və ehtiyaclarınıza görə hərəkət etməkdir. Məsələn yeni bir bikini, dikdaban ayaqqabı, qəşəng saat və ya klassik bir cins şalvara ehtiyacınız var? Lazım olan ilk şey qarderobunuzun önünə keçmək və ehtiyacınız olduğunu düşündüyünüz şeylərə həqiqətən ehtiyacınız olub-olmadığına qərar verməkdir. Bu zaman əksiklərinizi dəqiq təyin edə bilər və düzgün alış veriş üçün özünüzü hazırlaya bilərsiniz. Beləcə daha ağıllıca və asan alış-veriş etmiş olarsınız.

Endirimləri ən yaxşı şəkildə qiymətləndirməyə çalışın

Endirimlər sayəsində daha ucuz geyinə bilərsiniz, amma bu nöqtədə də diqqət yetirməniz lazım olan şeylər vardır. Nəticə olaraq indiki zamanda az qala hər mağazanın vitrinində böyük endirim, “50%-ə çatan endirimlər”, “ikisini al, biri pulsuz” kimi bir çox elanla qarşılaşırıq. Sizcə bunlar nə qədəri doğrudur? Bunuları müşahidə etməli və alış-verişinizi ona görə etməlisiniz. Çünki bir çox mağaza satış qiymətini əvvəl qaldırıb sonra endirməyi çox sevir. Endirimli məhsullardan faydalanmanın bir başqa yolu da mövsüm sonu alış-verişlərdir. Hər nə qədər yay ortasında gödəkcə, çəkmə və s. almaq qulağa çox məntiqli gəlməsə də yay ortasında yarı qiymətə və ya daha ucuz ala biləcəyiniz qışlıqlar, qış mövsümünü daha ucuz bağlamanıza imkan verəcək.

Büdcənizi təyin edin

Alış-verişə getməzdən əvvəl xərcləyə biləcəyiniz maksimum büdcəni təyin edin və mümkünsə büdcədən çox pul götürməməyə çalışın. Nə də olsa hamımız qadınıq və mövzu alış-veriş olduğunda işlərin bəzən cığırından çıxa biləcəyini bilirik. Əgər alış-verişinizi nağd pulla etmək yerinə, kredit kartı istifadə etməyi seçirsinizsə daha çox diqqətli olmanızı təklif edirik, çünki kredit kartları sizi içindən çıxa bilməyəcəyiniz vəziyyətlərə sürüklüyə bilər. Kreditlə alıram nə olacaq deyə başlayan alış-verişlər davamlı olaraq yığılır və sonunda aylıq kreditlərinizi ödəyə bilməyə bilərsiniz.

Geyməyəcəyiniz paltarlara pul xərcləməyin

Əminik ki, hamınızın aldıqdan sonra bir dəfə belə geymədən kənara atdığı bir çox paltar vardır və ya heç olmasa bir dəfə geydikdən sonra bir daha geymədiyiniz şeylər olmuşdur. Bu kimi vəziyyətlərlə qarşı-qarşıya qalmanızın ən böyük səbəblərindən biri, endirim zamanlarında işinizə yaramadığı halda ucuz olduğu üçün aldığınız paltarlar, ayaqqabılar və ya aksesuarlardır.

Satış məsləhətçiləriylə dil tapın

Davamlı olaraq alış-veriş etdiyiniz mağazalardakı işçilərlə yaxşı davranmaq sizin işinizə yarayacaq. Nəticə olaraq tək başınıza alış-verişə çıxırsınızsa sizin ən böyük köməkçiləriniz onlar olacaq. Siz onlara nə qədər yaxşı və yaxın davransanız eyni şəkildə qarşılıq görəcəksiniz.

Rahat paltarlar geyinin

Alış- verişə çıxarkən ən çox diqqət yetirməyiniz lazım olan şeylərdən biri də şübhəsiz ki paltar seçiminiz olmalıdır. Çıxarıb geyməsi çətin olan paltarlardan uzaq dayanmalısınız. Çünki bu tərz paltarlara görə soyunub-geyinmə otağında çox zaman itirə bilərsiniz.

loading...
Şərh yaz