Allergiya, sızanaq və keçəlləşməyə qarşı sarımsaq

loading...

Sarımsağın dəyəri nədir?

Qara çörək, ətirli günəbaxan yağı, duz və sarımsaq dilimləri çox ləzzətlidir! Hətta əgər siz sarımsağı alma kimi  çeynəyə bilməsəniz belə, sarımsaq sizə lazımdır. O ən ucuz məhsullardan biridir. O, sizin həyatınızı asanlaşdıracaq və uzadacaq, sizi səhhətinizdə olan  bir çox problemlərdən xilas edəcək.

Sarımsaq xərçəng xəstəliyinin qarşısını alır

Xərçəngin istənilən növünü deyil, amma ən azı düz bağırsaq, yoğun bağırsaq və mədə xərçənginin qarşısını alır. Amma diqqətli olun: Heç bir sarımsaq cövhərli preparatlar sizi xərçəng xəstəliyindən mühafizə edə bilməz. Yalnız təzə tərəvəz.

Sarımsaq sizi viruslardan qoruyur

Sağ olsun sarımsaqda olan bu bolluqda  antioksidantlar. Əgər siz sarımsağı yalnız  bayramlarda yesəniz  bütün bu viruslardan  birdən-birə  qurtulmayacaqsınız. Mütəmadi olaraq bu tərəvəzdən istifadə etmək lazımdır. Əgər xəstələnsəniz belə, fəsad olmadan, asanlıqla və tez sağalacaqsınız.

Sarımsaq şəkərin səviyyəsini tənzimləyir

Təsadüfi deyil ki, şəkərli xəstələrə sarımsaq yemək məsləhət görürlər. Kəskin olan bu tərəvəz insulinin səviyyəsinin azalmasına kömək edir.

Sarımsaq dərini müalicə edir

Xüsusilə, söhbət  sızanaqdan gedir. Çətin ki, iltihabı piy vəziləri həftə ərzində sağalsın, əgər siz hər gün yarım ədəd sarımsaq yeməli olsanız belə. Amma sarımsağın kompres şəklində zahirə tətbiqi dərinin sağalmasına daha tez kömək edir. Sarımsağı ən yaxşısı gecə tədbiq etmək məsləhətdir, səhər isə səliqə ilə yuyunun.

Sarımsaq keçəlləşmənin qarşısını alır

Sarımsağın daha bir xarici tətbiqi. Elmi tədqiqatlar və xalq təcrübəsi sübut edib ki, sarımsaq, dazlaşma prossesi zamanı keçəlləşmənin qarşısını alır. Sarımsağı püre halına salaraq hər gün başınıza çəkin  və masaj edin.

Sarımsaq gənələrdən xilas edir

Alimlər bildiriblər ki, mütəmadi olaraq sarımsaq yeyən insanlar gənələrin sancmasından çox az şikayətlənirlər .

Sarımsaq təzyiqi tənzimləyir

Hipertoniklərə sarımsağı birbaşa təyin edirlər.  Əgər onu hər gün istifadə etsəniz, təzyiqiniz  çox az qalxıb düşəcək.

Sarımsaq psoriozu müalicə edir

Sarımsaq iltihab əleyhinə təsir edib psorioz əlamətlərini azaltmaqda olan köməkçi vasitədir . Ağırlaşmalar zamanı sarımsaq yeyin. O, bu ağırlığı yüngülləşdirərək xəstəliyin dərinliyini xeyli azalda bilər.

Sarımsaq qerpes zamanı kömək edir

Sarımsağı yalnız yeni görünməyə başlayan və ya qaşınan  hissəyə sürtdükdə kömək edəcək.

Sarımsaq tikanı çıxarmağa kömək edir

Əziyyət çəkib iynə və maqqaşdan istifadə etməyə ehtiyac yoxdur . Əgər bir xırda doğranılmış sarımsağı bir saat zərər çəkmiş yerə əlavə edib bintlə möhkəm bağlasanız,  tikan özü çıxacaq.

Sarımsaq diş ağrısını azaldır

Dişiniz  birdən bərk ağrıdıqda, ağrılı yerə sarımsaq qoyun. Ağrı mülayimləşəcək.

Sarımsaq arıqlamağa kömək edir

Sarımsaq xüsusi tərzdə yağ hüceyrələrinə təsir edir. Sarımsaq yeyin və arıqlayın!

loading...
Şərh yaz