Alma işarəsi altında dünyaya gələn insanların xüsusiyyətləri

Alma işarəsi altında dünyaya gələn insanların xüsusiyyətləri (23.12-01.01; 25.06-04.07).

Nadir hallarda boyu uca olur. Xoşa gəliımlidir, göz oxşayır, suyuşirindir, boy-buxunlu, qədd-qaməti yaxşıdır, cazibəli və səmimidir.

ALMA çox zərif, həssas ağacdır. Çox zaman ürəyində böyük məhəbbət olmasa da ərə gedir.

Əgər alma təsadüfən öz zövqünə uyğun olan insana rast gəlsə, onların ər-arvadlığı əsl səadət olacağdır. Alma qocalanadək məhəbbətdə vəfalıdır.

Təmənnasızdır, xeyrini güdən deyildir, tez aldanır. Son köynəyini, bir parça çörəyini verməyə hazırdır. Bütün bunlara baxmayaraq Alma sadəlövh deyildir. Sabahı düşünmədən günlərini keçirir, ara-sıra borca düşür və borcu unudur, bu onun üçün təbii haldır. Alma həyatdan zövq alan, heç kəsi nə təəccübləndirmək, nə də inandırmaq arzusunda olmyan zəngin fantaziyalı filosofdur. Lakin onu yelbeyin hesab etməyin.

Ziyalı, düşüncəli və məntiqli bir varlıq olan ALMA elmə həvəslidir. Maraqlandığı sahəyə aid hər nə varsa oxuyur. Biliyi heyrət ediləcək dərəcədə çoxdur, lakin heç kəsi biliyi ilə heyran qoymağa çalışmır, ancaq biliyə həvəsi olduğu üçün hər şeyi oxuyur. İşıqlı dünyanın ləzzətini axirət dünyasının səfasından üstün tutur.

Emosianal sahədə rəngarəngliyi xoşlayır. Yeknəsək səadət onu darıxdırır. Bilmək lazımdır ki, bu sadə qız və ya suyuşirin oğlan zaman-zaman öz həyatında nəyi isə mürəkkəbləşdirməyi xoşlayır.

Alma işarəsi altında doğulan insanların xüsusiyyətləri: səmimilik, ziyalıq, dalğınlıq, məntiq, analitik zəka.

loading...