Alma keksləri

loading...

Bu şirniyyat çox güman ki, sizin sevimli reseptlərinizdən biri olacaq.

Lazım olacaq inqrediyentlər (12 ədəd üçün):

  • 1.5 stəkan un,
  • 0.5 stəkan yulaf kəpəyi,
  • 2 ç.q. qabartma tozu,
  • 0,5 ç.q. duz,
  • 2 ç.q. üyüdülmüş darçın,
  • 1 stəkan xama (otaq temperaturunda),
  • 1/3 stəkan zeytun yağı,
  • 2 ədəd yumurta,
  • 3/4 stəkan qəhvəyi şəkər,
  • bıçağın ucunda vanilin,
  • 1 böyük şirin alma,
  • 1/2 stəkan kişmiş,
  • 1/2 stəkan fındıq.

Hazırlıq prosesi:

  1. 1. Xəmiri yoğurun. Sobanı 200 dərəcəyə qədər qızdırın. Ayrı bir kasada unu, yulaf kəpəyini, qabartma tozunu, duzu və darçını qarışdırın. Başqa kasada xamanı, yumurtanı, zeytun yağını, şəkəri və vanili qarışdırın sonra bir kasaya əlavə edin. Bunun üçün blenderdən və ya mikserdən də istifadə etmək olar.
  2. Alma, fındıq və kişmiş əlavə edin. Almanı təmizləyib xırda-xırda doğrayın. Kişmişi yuyub bir neçə dəqiqə qaynar suyun altında saxlayın. Fındıqları iri-iri doğrayın. Son olaraq alma, fındıq və kişmişi xəmirə əlavə edin.
  3. Xəmiri hazır keks formalara əlavə edin. Silikon formalara yağ sürtmək lazım deyil, metalik formalar üçün isə yağ çəkilmiş xüsusi perqament kağızdan istifadə etmək olar. Xəmiri hazır keks formalarına elə qaydada əlavə edin ki, o formaların 3/4 hissəsini tutsun. Daha sonra isə kekslərin üzərinə darçın, qəhvəyi şəkər və ya qoz qırıntısı səpin.
  4. Alma kekslərinin bişirilməsi. Kekslər 20-30 dəqiqə ərzində bişirilir. Bu halda sobanın temperaturunu 180 dərəcəyə qədər azaltmaq olar. Kekslərin hazır olmasını diş çöpü ilə yoxlamaq olar. İstədiyiniz halda hazır kekslərin üzərinə şəkər tozu da səpə bilərsiniz.

Nuş olsun!

loading...
Şərh yaz