loading...

Bu zülallı yemdir ki, yağ, karbohidratlar, aminturşular, mineral duzlar, vitaminlər və hormonlarla zəngindir. Arı südü xüsusilə yumurtalardan çıxan sürfələrin bəslənilməsi və yumurta qoyma dövründə uşaqlığın yedirilməsi üçün istifadə olunur.

Təzə arı südü ağ və krem rənglərdə olur, kəskin turşməzə dada və spesifik qoxuya malikdir, zahirən bu maddə xamanı xatırladır. O 18%-ə qədər zülallı maddə, 10-17% şəkər, 5,5%-ə qədər yağ, 1%-dən çox isə mineral duzlardan ibarətdir. Uşaqlıq südünün zülallarının tərkibinə təxminən 20 aminturşu daxil olur və B qrupunun vitaminləri ilə zəngindir. Bu yüksək qatılaşdırılmış zülallı yemin  arılar üçün nə qədər faydalı olduğunu növbəti faktlar təsdiqləyir: südlə bol qidalanaraq, uşaqlıq sürfəsi həyatının 5-6 günü ərzində öz çəkisini üç min dəfəyə qədər artırır. Arılar uşaqlığı fasiləsiz südlə təchiz edirlər ki, bu da ona bir gün ərzində 2,5 mindən çox yumurta qoymağa və işçi arılardan 40 dəfə daha çox yaşamağa imkan verir.

Arıların həyatından olan bu faktlar alimlər və tibb tərəfindən artıq təsdiq olunub. Arı südü həzm yolu, ciyər, ürək-damar xəstəliklərinin müalicəsi vaxtı geniş tətbiq edilir və əqli iş qabiliyyətini artırır.

Vərəmum (arı yapışqanı)

Vərəmumu çox vaxt arı balzamı adlandırırlar. Bu efir yağlarının xoş qoxusuna malik qatranlı maddədir ki, yalnız arılar üçün deyil, həm də insanlar üçün faydalıdır. Vərəmum yanıq yaralarının, qabarların, dişlərin, tənəffüs yollarının və mədənin müalicəsi üçün istifadə olunur.

Arılar evlərinin daxili divarlarını vərəmumla örtürlər ki, onlar möhkəm olsunlar və dağılmasınlar. Bundan başqa vərəmum çatları bağlamaq, arı şanlarının hüceyrələrini parıldatmaq üçün də istifadə olunur. Nəticədə arı pətəyində onu çürük mikroblardan qoruyan sağlam mikroiqlim yaranır. Əgər arı pətəyinə siçan və ya kərtənkələ girərsə, bu zaman arılar onu sancır. Lakin arıların onları pətəkdən çıxartmağa gücü olmadığı üçün onlar cəsədi vərəmumla bağlayırlar və bununla arı ailəsini xoşagəlməz hadisələrdən qoruyaraq onu balzamlayırlar.

Vərəmum 50% qatran və balzamdan, 30% mumdan, 10% efir yağından və 10% tozcuq və başqa maddələrdən ibarətdir. O vitamin, mikroelementlərlə zəngindir və bakterisid təsirə malikdir. Vərəmum iki növə ayırlır. Birincisi arılar tərəfindən güllərin tozcuq dənlərinin həzmi vaxtı ətirli maddə şəklində ayrılır, ikincini isə arılar pətəyə ağacların tumurcuqlarından və çatlarından gətirirlər.

Hazır vərəmumu tikələrə ayırırlar, sellofana və ya perqamentə bükürlər və qəhvəyi şüşəli kip bağlanan banklara yerləşdirirlər.

loading...
SHARE
Şərh yaz