Arıçılıq məhsulları

loading...

Çiçək tozcuğu

Bu bitkilərin həyat fəaliyyətinin mürəkkəb məhsulu və arıların əvəzolunmaz zülali yemidir. Tozcuq dənləri bitkilərin erkək hüceyrələri sayılır ki, yalnız arılar üçün deyil, həm bitkilərin özləri, həm də ki, insan üçün faydalı bioloji aktiv maddələrdən ibarətdir. Tozcuqda zülal və yağ, orqanik turşular və mineral duzlar, mikroelementlər və vitaminlər, biogen stimulyatorları və fermentlər var. Ümumilikdə tozcuğun tərkibinə 100-dən çox qidalı və müalicəvi maddə, həmçinin əvəzolunmaz aminturşular daxildir. Güclü arı ailəsi mövsüm ərzində 20-25 kq tozcuq yığıb istifadə edir. Tozcuğun çatışmazlığı nəticəsində arı ailəsi pis inkişaf edir, arı şanlarının tikintisini dayandırır və yaxşı bal vermir.

Etnomofil bitkilərin güllərinə baş çəkərək arılar topladıqları tozcuğu arxa ayaqlarının səbətlərinə yığırlar. Bu səbətləri doldurmaq üçün, çox vaxt arılar yüzlərlə gülə baş çəkməli olurlar və o tozcuğun emalına və pətəyə çatdırılmasına çox enerji xərcləyirlər. Arılar tərəfindən yığılmış çiçək tozcuğu tibdə, yeyinti sənayesində, bəzi ölkələrdə isə həm də heyvandarlıqda geniş tətbiq edilir. Tozcuq insanda qan azlığı vaxtı yaxşı müalicəvi effekt verir, xüsusilə də uşaqlarda. Tozcuğun sistematik istifadəsi sağlamlığı yaxşılaşdırır, orqanizmi vaxtından əvvəl qocalmadan qoruyur, iştahı və iş qabiliyyətini artırır.

Güləm (arı çörəyi)

Bu arılar tərəfindən konservləşdirilmiş çiçək tozcuğudur. O arılara mumun və arı südünün ayrılması üçün lazımdır. Arı pətəyinə gətirilmiş çiçək tozcuğunu arılar arı şanlarının boş hüceyrələrinə yığırlar, başları ilə hamarlayıb bərkidirlər, üstündən təzə bal tökürlər və mum ilə möhürləyirlər (bağlayırlar).

Mayalı göbələklərin, arıların tüpürcəyinin fermentlərinin və balın təsirinin altında, mum hüceyrələrində döyəclənmiş çiçək tozcuğu süd qıcqırmasına məruz qalır ki, sonra arılar üçün daha çox qidalı olur və belə uzun müddət qala bilir.

Güləmin kimyəvi tərkibi tozcuğun kimyəvi tərkibinə yaxındır. Güləmin tərkibində daha çox şəkər olur. Bu əsasən arılar tərəfindən əlavə edilmiş balın hesabına və kütlənin qıcqırması nəticəsində yaradılan süd turşusunun nəticəsində olur. Bu komponentlər onun konservləşdirməsini və uzun müddət saxlanılmasını təmin edir. Tərkibində olan zülalların və vitaminlərin sayəsində güləm kosmetikada, tibdə və yeyinti sənayesində geniş istifadə olunur.

Arı zəhəri

Bu zəhərli vəzilərin ayırmasıdır ki, arılar onu iynələri ilə bərabər öz düşmənlərinə və zərərvericilərə qarşı istifadə edirlər. Heyvanı və ya insanı sancdlqdan sonra arı tezliklə həlak olur. Arıçılıq məhsulu kimi arı zəhəri radikulit, revmatizm, əsəb sistemi, bronxial astma, damar xəstəliklərinin müalicəsi vaxtı tətbiq edilir. Arı zəhəri orqanizmin ümumi vəziyyətinə xeyirli təsir göstərir, yuxunu və xəstənin iştahını yaxşılaşdırır. Amma arı zəhərinə qarşı həssas insanlara da rast gəlinir. Arı zəhəri rəngsizdir, havada tez quruyur, acı və çox qızğın maye halında olur. Arı zəhərinin tərkibinə orqanik birləşmələr, azad aminturşular, uçan yağlar, fermentlər, mikroelementlər və bir sıra başqa kimyəvi maddələr daxildir. Bir sıra tədqiqatçılar güman edirlər ki, arı zəhərinin tərkibi çox qəlizdir və hələ tamamilə öyrənilməmişdir.

loading...
Şərh yaz