loading...

Bal verən arının əsas məhsulları – bal və mumdur. Hal-hazırda arıçılıq məhsullarının çeşidi çox genişlənib, artıq bal və mumdan başqa arılarlardan arı südü, vərəmum, arı zəhəri, çiçək tozcuğu və güləm almağa başlayıblar. Alınmış bu məhsullar tib, ətriyyat, kosmetika və baytarlıq sahələrində geniş istifadə olunur.

Bal

Arılar balı entomofil bitkilərin nektarından istehsal edirlər. Dadlı və ətirli arı balı – insan orqanizmi tərəfindən asanlıqla mənimsənilir və yüksək qidalı məhsul hesab edilir. Bal xüsusilə uşaqlar üçün faydalıdır. Təbii çiçək balı 22% su, 75%-ə qədər qlükoza və fruktoza, 5%-ə qədər başqa maddələr, yəni orqanik turşular, bitki zülalları, mineral duzlar, vitaminlər və fermentlərdən ibarətdir ki, bunlar da insan orqanizmi üçün müalicəvi-profilaktik vasitələr hesab olunur.

Həkimlər balı uzun müddət sağalmayan dəri yaraların, qaraciyər, tənəffüs yolları, əsəb sistemi xəstəliklərinin müalicəsi üçün tətbiq edirlər. Qida və şirniyyat sənayesində bal pryaniklərin, peçenyelərin, tortların, jelenin, mürəbbələrin, şərabların, konfetlərin hazırlanması üçün geniş istifadə olunur. Təbii halda o sıyıqlar, çay, şirə, süd, kəsmik və hətta turp ilə istifadə edilir.

Mənşəcə balın növbəti növləri olur: çiçək balı (güllərin nektarından hazırlanan bal), şəkərdən alınan bal (arıların qənd siropunun emalından aldıqları bal), gəzəngi balı (arıların bitkilərin sarğanları və ya yarpaqlarının üzərindən topladıqları maddələrin emalından yığdıqları bal).

Satışda şəkərdən hazırlanmış bal saxta hesab edilir, hərçənd ki, arılar emal prosesində onu fermentlər, tozcuq və bəzi başqa faydalı maddələrlə zənginləşdirirlər.

Gəzəngi balı daha az istifadə olunur. Çiçək balı ilə müqayisədə onun tərkibində şəkərdən çox mineral duz və dekstrin olur.

Təbii bal monoflor (yəni hər hansı bir bitki növündən yığılmış bal) və poliflor (yəni bir neçə bitki növündən yığılmış bal) olur. Poliflor növü ən qiymətli bal növü sayılır.

Alınma üsulundan asılı olaraq bal balçəkən maşınından çıxardılmış (arı şanlarından sıxılmış) və pətəklərdə olur. Konsistensiyasına görə bal maye və xarlanmış halda olur. Rənginə görə isə şəffaf, ağ, kəhrəba, sarı, qəhvəyi, açıq-qəhvəyi, tünd-qəhvəyi və s. rənglərdə olur (bu əsasən balın hansı bitkilərdən toplandığından asılıdır).

Arı şanlarından çəkilmiş bal zamanla xarlanır, ilkin dadını və ətirini qismən itirir. Buna görə arıçılar çox vaxt balı satışa arı şanlarında çıxardırlar.

loading...
Şərh yaz