loading...

Xanim.Net bu dəfə Sizə arıqlamaqla bağlı 10 qızıl qaydanı təqdim edir:

1. Arıqlayan hər xanım cazibədar olmur. Arıqlamadan öncə bunu nəzərə alın.
2. Arıqlayanda bədən incəlir, amma fiziki görünüşcə iri olan sinə və bud hissələriniz yenə bədən ölçülərinizə nisbətən iri qalacaq.
3. Konkret hədəf seçin. Neçə kilo artığınız olduğunu müəyyənləşdirin.
4. Zəncəfil, sarıkök və pul bibəri süfrənizdən əksik etməyin.
5. Kalorilərinizi hesablayın. Gün ərzində ortalama kalori qəbulu  1200-1500 kalori arasında olmalıdır.
6. İdman edin. Dinamik və hərəkətli olun. Gün ərzində ən azı 20 dəqiqə təmiz havada gəzin.
7.Şəkər, ət, duz, un kimi qidaları azaldın. Meyvə və tərəvəzi çoxaldın.
8. Həftədə bir dəfə günün eyni saatında tərəziyə çıxın, çəkinizi nəzarətdə saxlayın.
9. Günboyu su için. Ən azı 2 litr.
10. Çox yatın. Yuxu saatlarında yağların əriməsi və kilo itkisi daha çox baş verir.

loading...
Şərh yaz