Arıqlamaq üçün çia toxumları

loading...

İnsanların ən böyük probleminə çevrilən arıqlama üçün minlərlə vasitə və yollar müəyyən olunub. Bu sahədə Hind təbabətinə məxsus çia toxumları özünəməxsus yer tutub.

Sağlam qida istehsalçıları bir sıra  kinoya, spirulina, amarant kimi hind məhsulları istifadə edirlər. Hazırda çia toxumları da bu sıraya qoşulmuşdur. O, superfud kimi maddələr mübadiləsinə sürətli təsiri ilə seçilir. Superfudlara əsas tələb arıqlamağa kömək etməkdir. Toxumlar və qoz hər bir sağlam pəhrizin ayrılmaz hissəsidir.

Çia toxumlarının möcüzəvi xüsusiyyəti tərkibində suda həll olmayan liflərin çox olmasıdır. Liflər suyu özünə çəkir və şişir; iki çay qaşığı çia toxumundan tam dəyərli yemək almaq olar. Onu qida kimi və ya içki, salat, souslara əlavə kimi də istifadə etmək olar. Orqanizmin daxilində onlar suyu çəkərək gelə çevriləcək və istənilən nəticə alınacaq.

1 xörək qaşığı toxumda 11 qram lif vardır. Bu isə tövsiyyə olunan lifin 1/3-ni təşkil edir.

 Çia ilə arıqlayan zaman nə baş verir?

  • boş mədə hissi azalır
  • uzunmüddətli toxluq hissi
  • artıq yemək ehtimalının azalması
  • liflərin uzun müddət həzmi nəticəsində qanda şəkərin miqdarının azalması
  • bağırsaq fəaliyyətinin normallaşması və mikrofloranın bərpası

Çia toxumlarının əsas üstünlüyü tərkibində omeqa-3 yağ turşularının olmasıdır. İnsan beyni və sinir sisteminin bu turşuya ehtiyacı vardır. Bundan əlavə omeqa3 maddələr mübadiləsini sürətləndirir və bədəndəki toplanmış piyi parçalanmasına kömək edir. Bundan başqa çia yeyən insan uzun müddət toxluq hissi yaşayır. Bu isə köklüyə ikiqat zərbə deməkdir.

Bununla yanaşı çia toxumlarında kalsium, maqnezium, fosfor vardır. Əgər siz gündəlik rasionunuza 100 qram bu toxumlardan əlavə etsəniz 20-30% bu maddələrə olan ehtiyacınızı ödəmiş olacaqsınız.

Çia toxumları qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Ona görə hipotoniyadan əziyyət çəkənlər diqqətli olmalıdırlar. Bundan başqa hamilə və süd verən qadınlar qida rasionunda çox sınaq aparmamalıdır.

Satışda olan çia toxumları qaradan tutmuş ağ rəngə qədər, dər ola bilər. Onlar təsirinə görə bir-birindən fərqlənmir. Yalnızca qırmızı rəngli toxumlarla ehtiyatlı olmaq lazımdır. Qırmızı olması o deməkdir ki, bu toxumlar yetişmədən toplanmışdır. Seçərkən toxumları iri olanı seçməyiniz məsləhət görülür.

loading...
Şərh yaz