loading...

Hər birimiz bilirik ki, artıq çəki sağlamlığa ziyanlıdır. Piylənmə diabet, oynaq problemləri və digər xəstəliklərə səbəb ola bilər. Bu yaxınlarda keçirilən ictimai sorğu nəticəsində məlum  olmuşdur ki,  nəinki sağlamlığa hətta karyeraya da ziyan verə bilər.

“Kökdür, demək tənbəldir” steriotipi çoxdan müasir insanların düşüncələrinə hakim olmuşdur.

Britaniyalı işçilər, arasında aparılan sorğunun nəticələrinə görə artıq çəkiyə malik insanlara işə düzəlmək və karyera qurmaq çox çətindir. Sahibkarlar belə insanları daha az iş qabiliyyəti və daha zəif əməksevərliyə malik olduğunu düşünürlər.

Bu yaxınlarda ABŞ-da keçirilən araşdırmalar nəticəsində məlum olub ki, artıq çəki problemi olan insanlar, daha az məhsuldarlığa malikdirlər və istehsalat travmalarına daha çox məruz qalırlar. Virginiya ştatı Universitetinin alimləri müxtəlif çəki dərəcələrinə malik insanların eyni işin icrasına sərf etdikləri zamanı  hesablamışlar. Məlum olmuşdur ki, artıq çəki, insanların 40 % daha yavaş iş görməsinə səbəb olur.

[quote_center]Bu yaxınlarda Danimarkada da bu mövzuda qalmaqal baş vermişdi. Uşaq bağçasının işçisi Karsten Kaltoftu artıq çəkiyə görə əyilib uşağı ayaqqabılarının iplərini bağlaya bilməməsinə görə işdən qovmuşlar.[/quote_center]

Sosioloqlar sübut etmişlər ki, əyər eyni bir işə, eyni bilik və bacarığa malik iki işçi müraciət etsə onda onlardan  birinin artıq çəkiyə malik olması səbəbi onun bu işi itirməyinə gətirib çıxarar. 56%  sahibkarlar etiraf etmişlər ki, artıq çəkini namizədlərin şəxsiyyətlərinin zəif olamsı ilə əlaqələndirirlər.

loading...
SHARE
Şərh yaz