loading...

 

İllərdir, maddələr mübadiləsinin sürətli çalışması və daha asan kilo vermək üçün ilıq su içməyimiz lazım olduğu deyilir. Jurnalist Halit Yerebakan isə bunun tam tərsini iddia edir.

Otaq istiliyindəki ilıq su yox, soyuq su maddələr mübadiləsini sürətləndirər

“Su içmək, sağlam maddələr mübadiləsi dövrü üçün son dərəcə əhəmiyyətlidir. Kifayət qədər içilməsinin son dərəcə əhəmiyyətli faydaları varkən, az içilməsinin də müəyyən zərərləri vardır. Demək olar ki, bütün diyetoloqlar bol su içməyi məsləhət görür. Tövsiyələrə riayət etməyinizə baxmayaraq, kilo verməyiniz durma nöqtəsinə gəldisə, böyük ehtimal suyu otaq istiliyində içirdiniz! Soyuq su içməklə otaq istiliyində su içmək arasındakı fərqi araşdıran alman alimləri maraqlı bir nəticə əldə ediblər. Bu nəticəyə görə, soyuq su içmənin maddələr mübadiləsi üzərindəki sürətləndirici təsiri, otaq istiliyində su içməyə nisbətlə daha çox yüksəkdir. Həmçinin, hər gün 10 stəkan soyuq su içənlərin gündə 50 kalori daha çox yandırdıqları da bu araşdırma nəticəsində ortaya çıxıb. ” ///Sevil

loading...
SHARE
Şərh yaz