Arzularınızı gerçəkləşdirmək üçün 7 qayda

loading...

Ezoteriklar hesab edir ki, əgər biz arzularımızı düzgün yazsaq onlar həyata keçəcək. Məsələ ondadır ki, fikirlərin qasırğası, hansılar ki, bizim beynimizdə fırlanır, arzumuz kimi həyata keçə bilmirlər. Buna görə gəlin biz arzularımızı düzgün xülasə edək və bununla onların daha sürətli həyata keçməsinə imkan yaradaq.

Qayda 1

Arzuları yazmaq lazımdır. Dildə demək asandır, daha çətini lazımlı arzuları yazmaqdır. Qəribə səslənsə də, amma şəxsi arzunu düzgün yazmaq – bu həqiqətən problemdir. “Mən öz evimə malik olmaq istəyirəm”. Düzgün yazılmışdır? Prinsipial olaraq yanlışdır! Problem, nə vaxt həyata keçməsidir. Yəni, dəqiq müddətlərsiz arzular mənasızdır. Buna görə də növbəti qaydaya nəzər salmaq vacibdir:

Qayda 2

Arzu tarixə və ya icra dövrünə malik olmalıdır Məsələn, “2014-cü ilin iyulunda mən böyük plazmatik televizor alıram”. Əgər yazsaq ki: “Mən televizor alacağam” bu səhv olacaq. Çünki yazılmış mütləq həyata keçəcək, amma həmin dövrdə (həmin vaxtda), və lazım olan vaxtda deyil. Beləliklə, növbəti qaydanı yadda saxlayırıq:

Qayda 3

Düzgün arzu həmişə əsl vaxtda yazılır. Başqa sözlə: “Mən xaricə məzuniyyətə gedəcəyəm” yerinə: “Mən xaricə məzuniyyətə gedirəm” yazmaq lazımdır.

Budur daha bir tez-tez rast gəlinən səhv: “Mən kasıb olmaq istəmirəm”. Düzgün yazılmışdır? Təbii ki , yanlış! Bir neçə səbəb var. Birinci. Kainat “deyil” “yoxdur” inkar hissəciklərini və ya istənilən başqa mənfi sözləri qəbul etmir. Siz deyirsiniz: ” kasıb olmaq istəmirəm”, amma o, “inkar ” hissəciyinə məhəl qoymadan, göndərmə alır: “Kasıb olmaq istəyirəm!”
İkinci. Əksər hallarda biz, nə haqqında düşünürüksə onu özümüzə çəkirik. “Kasıb olmaq istəmirəm”, deyərək: biz yoxsulluq haqqında avtomatik düşünürük. Buna görə növbəti qaydanı unutmuruq:

Qayda 4

Özünüzə “deyil” və istənilən başqa inkar hissəcikdən istifadə etməyi qadağan edin.

Qayda 5

Daha çox təfərrüat və emosiya. Bu adaya səfərdirsə, bir neçə sözlə heç olmasa oteli və çimərliyi təsvir edin. Əgər bu yeni maşındırsa, onun əsas xarakteristikalarını göstərin. Və o hisləri mütləq təsvir edin, hansılara ki, arzunuz həyata keçdiyi zaman siz sahib olacaqsınız.

Qayda 6

İstənilən yazılmış arzu fraza-amuletlə qurtarmalıdır: ” Deyək ki: mənim həyatıma harmonik, sevinc və xoşbəxtlik gətirəcək arzum qoy yaxınlarıma da xoş təsir etsin”.

Qayda 7

Bunları edəndən sonra nağıllardakı kimi uzanıb xəyallarınızın həyata keçməsini gözləmək təbii ki absurtdur! Harda hərəkət orda bərəkət!

loading...
Şərh yaz