Ata-ana iztirabı uşağın iztirabına nə qədər səbəb ola bilər?

loading...

Ata-ana və ya ətrafdakıların iztirabı uşağın iztirabına nə qədər səbəb ola bilər?

Uşağın ətrafında olan şəxslərin, xüsusilə ata-ananın iztirabı uşağın iztirabına səbəb olur. Çünki iztirab on­lardan uşağa keçir. Buna görə də ətrafınızda baş ve­rən hadisələrə reaksiyanızda diqqətli olmağınızı tövsi­yə edirik. Uşaq gün ərzində baş verən hadisələr zama­nı böyüklərin reaksiyalarını gözləyir. Əgər onların üzündə iztirab əlamətləri müşahidə edilsə, uşaq da iz­tiraba düçar olacaq. Amma böyüklərdə belə bir şey müşahidə edilməyəndə uşaq da öz sakitliyini qoruyur.

Misal: Çöldən vahimə yaradan qeyri-adi və uca səs gəlir. Başı oyuna qarışmış uşaq dərhal oynamağı da­yandırıb ata-anasının üzünə baxır ki, onların necə reaksiya verəcəklərini görsün. Əgər valideynlər həmin səsdən iztiraba düşsələr, mütləq uşaq da iztiraba dü­çar olacaq. Amma əgər o, valideynlərinin üzündə iz­tirab əlaməti görməsə, rahatlıqla oynamağa davam edəcək.

Digər bir misal: Uşaq xəstələnir və siz onun xəstələndiyini görüb iztiraba düçar olursunuz. Əgər həmin xəstəlik bədənin ürək kimi həssas üzvlərinə aid olsa, sizin iztirabınız daha da şiddətlənir. Uşaq sizin həddən artıq iztirab keçirdiyinizi görəndə xəstəliyinin özü düşündüyündən daha ağır olduğunu güman edir və izti­rabı neçə qat artır.

Belə hallarda soyuqqanlı olun. Heç olmasa narahatlığınızı üzünüzdə büruzə verməyin. Xoşbəxtlikdən müasir tibbi avadanlıqların köməyi ilə xəstəliklərin ço­xunu müalicə etmək mümkündür.

Sizin iztirabınızın digər bir mənfi nəticəsi uşağın özünü yalandan xəstəliyə vurmaq ehtimalını artırma­sıdır. Çünki o bilir ki, əgər özünü xəstəliyə vursa və ağrıyan kimi göstərsə, çox güclü diqqət mərkəzində olacaq.

loading...
Şərh yaz