Ata ilə ananın bir-biri ilə həmfikir olması nə qədər əhəmiyyətlidir?

loading...

Uşaq tərbiyəsində ata ilə ananın bir-biri ilə həmfikir olması nə qədər əhəmiyyətlidir?

Uşaq tərbiyəsinə aid mühüm məsələlərdən biri ata- ananın bir-biri ilə həmfikir olmasıdır. Tərbiyə uçmaq üçün iki qanada ehtiyacı olan quş kimidir. Tərbiyədə (fiziki cəzadan istifadə, sərtlik, gəzintilərdə iştirak, dini mühitdə olmaq və s. kimi tərbiyə üsullarında) vali­deynlər arasında konfliktin olmağı uşağı ziddiyyətli dü­şüncələrə düçar edir. Atanın baxışları bir cür olub mü­əyyən şeylər tövsiyə edəndə, ananın baxışları isə baş­qa cür olub başqa cür məsləhətlər verəndə, uşaq on­lardan birini qəbul etmək məcburiyyətindədir. Lakin o, həm ata, həm də anasını çox istədiyi üçün ikisin­dən birini seçə bilmir və nəticədə əsəb iltihabına və ziddiyyətli düşüncələrə məruz qalır.

Övladınızın tərbiyəsində fərqli baxışlarınız varsa, danışıq və fikir mübadiləsi apararaq ortaq məxrəcə gəlin. Bu danışığın uşağın yanında olmamasına da diqqət edin. Razılığa gələ bilməyəndə savadlı, imanlı və ürəyiyanan müşavirin nəzəri həlledici ola bilər.

Mərhələli tərbiyə və qarşıya çıxan müstəsna hallar­da da valideynin, hətta ailənin digər üzvlərinin həmfi­kir olması lazımlıdır. Ata küsmək üsulundan’ istifadə etmək istəyir, lakin ana onunla həmfikir olmadığı üçün, ata küsən zaman uşağa məhəbbət göstərir və atanın küsməsinin faydası olmur. Yaxud ana uşağı danlayanda ata, ananın yanında uşağın tərəfini saxla­yır və təbii ki, bu vaxt ananın düşünülmüş danlağı öz təsirini itirir.

Tərbiyədə məktəb ilə ailə arasında fikir eyniliyinin olması zəruridir. Düzdür, bu həmrəyliyin olmamasının ziyanı valideynlərin həmrəy olmamalarının ziyanı qə­dər deyil. Çünki uşağın ruhi-emosional əlaqəsi valideynlə olan emosional əlaqə kimi deyil.

Məktəblə həmrəy olmamağın mənfi nəticəsi budur ki, valideynin evdə verdiyi tərbiyə, yaxud məktəbin ver­diyi tərbiyə təsirsiz olur.

Ailə ilə məktəb arasında həmrəylik yaradılmasının ən yaxşı yolu valideynin valideyn komitəsinin toplantı­larında iştirak etməsi və müəllimlərlə görüşmək, tele­fon əlaqəsi saxlamaq və yazışmaqdır.

loading...
Şərh yaz