“Avva Nail City” gözəllik salonundan ŞİKAYƏT + FOTO

loading...

Paytaxtda yerləşən gözəllik salonlarında gigiyena və professionallıq mövzusu hər zaman müzakirələrə səbəb olur. Çünki çox vaxt müştəri məmnuniyyəti nəzərə alınmır və bu sağlamlıq üçün təhlükəli nəticələrə yol açır.

Bu dəfə də Türkan Devricova adlı izləyicimiz “Avva Nail City” gözəllik salonunda xoşagəlməz hal ilə üzləşib. Belə ki, gözəllik salonunda Türkan xanımın dırnaqlarını bərbad vəziyyətə qoyublar. Manikur zamanı isə dırnaq əti qanadılaraq mikrob təhlükəsi yaranıb. Bu səbəbdən xanım Devricova digər xanımların sağlamlıqlarını təhlükəyə atmamaları üçün sosial media hesabında paylaşım edib. Türkan xanım ifadə azadlığından istifadə edərək salonun xidmətindən narazı qaldığını ifadə edib.

14339805_10209430981245736_1602143298_o

Lakin bu paylaşımdan sonra gözəllik salonun rəhbərliyi xoşagəlməz nəticəni aradan qaldırmaq əvəzinə Türkan xanıma psixoloji təzyiq göstərməyə və onun şərəf və ləyaqətini alçaldan SMSlər yazmağa başlayıblar.

14333652_1195593547130886_6419844613922841967_n14322222_1195593553797552_5177476978885433937_n

Qeyd edək ki, bu hadisə “Avva Nail City” gözəllik salonu ilə bağlı ilk hadisə deyil. Sosial mediada bu salonun xidmətlərindən narazı digər istifadəçilərin də paylaşımları mövcuddur.

14224715_1195601487130092_4520554439293064052_n

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

loading...