Ayaqlarda damar genişlənməsi

loading...

Varikoz – səthi damarların genişlənməsi, elastikliyinin itməsi və dartılması vəziyyətidir. O həmişə damarlı qapaqların müflisliyi ilə müşayiət olunur. Yer cazibəsinin əksinə, qan aşağıdan yuxarıya axır və damarlarda qanın əks cərəyanı olmaması üçün təbiət damarların daxilində xüsusi qapaqlar fikirləşib.

Onların zədələndiyi halda qan asanlıqla və maneəsiz aşağı axır və hərəkətsiz halda ayaqlarda qalır. Əgər durğunluğa imkan yaranırsa, bu qapaqların sağlam işinə və qanın normal cərəyanına mane olacaq və səthi damarlara düşəcək. Nəticədə damarlar dartılacaq, formasını itirəcək və şişəcək. Beləliklə dərimizdə məhz şişirdilmiş səthi damarlar görünəcək.

Varikoz xəstəliyinin səbəbləri

Bu damar divarlarının irsi zəifliyi, piylənmə, yanlış həyat tərzi, hamiləlik, hormonal terapiya, hormonal kontraseptivlərin tətbiqidir.

Varikozun simptomları

Xəstəliyin lap əvvəlində əsas simptom şişmiş damarlar olur. Onlar belə adlandırılan “varikoz düyünlər” yarada bilər. Sonra ayaqlarda ağırlıq, ağrı hissi, baldır əzələlərində qıcolmalar və keyləşmə yaranır. Tədricən xroniki damar azlığının simptomları inkişaf edir və trofik yaralar yarana bilər. Belə olur ki, varikoz xəstəliyi yalnız vizual effekt verir və xoşagəlməz hisslər yaratdığına görə dekorativ qüsur kimi qəbul edilir. Bu damarda qan dövranının kompensasiyasına görə belə olur.

Varikoz xəstəliyinin müalicəsi

Damarların məğlubiyyətinin dərəcəsindən asılıdır. Müasir tibbin arsenalında – cərrahiyə, lazer, mühafizəkar müalicə növləri mövcuddur.

Skleroterapiya – damara xüsusi məhlulun (sklerozantın) yerləşdirilmə prosedurudur ki, ondan sonra ayaqlara xüsusi trikotaj corablar geyinilir.

Operativ müdaxilə zamanı zədələnmiş damarlar uzaqlaşdırılır və qanın səthi damarlara qeyri-normal daxil olması ləğv olunur.

Medikomentoz müalicə xəsəliyin və onun simptonlarının azaldılması və ya tam yox olmasına yönəldilib.
Dar trikotaj böyük məşhurluğa malikdir. Ayaq toxumalarının xaricdən sıxılması damarların diametrini azaldır, qan daha sürətli axmağa başlayır ki, bu da damar durğunluğunu azaldır və ayaqlarda xoşagəlməz hisslərdən yox edir.

Varikozun profilaktikası

Profilaktik dar geyimlərin istifadəsindən başqa, bu çəkinin normallaşması, səmərəli fiziki yüklənmələrdir. Əgər siz oturaq işdə çalışırsınızsa və ya əksinə, bütün gün ayaq üstəsinizsə, bu zaman çalışın daim ayaqlarınızı hərəkətdə saxlayasınız. Daim istifadə etdiyiniz ayaqqabının hündürlüyünü dəyişin, dar ayaqqabı və ya geyim geyinməyin, düzgün qidalanın.

loading...
Şərh yaz