Ayaqların tərləməsindən və tər qoxusundan necə qurtulmaq olar?

loading...

Ayaqlardan gələn tər qoxusu aktual bir problemdir. Tər və ayaqların xoşagəlməz qoxusu insanı özünə əminlikdən məhrum edir və insan bir çox şeylərdən imtina etməli olur.

Biz ayaqların tərliliyi və onun səbəb olduğu xoşagəlməz qoxunun yaranmasının səbəblərini və problemdən qurtulmaq yollarını aydınlaşdıracağıq.

Ayaqların tərliliyinin və qoxusunun səbəbləri

Ayaqların tərləməsinin və onlardan xoşagəlməz qoxunun gəlməsinin əsas iki səbəbi var: yüksək temperatur və keyfiyyətsiz ayaqqabı. Onların hər ikisi ayaqların çox tərləməsinə səbəb olur. Tər isə bakteriyaların artımı üçün zəngin mühit sayılır. Ayaq göbələyi də xoşagəlməz qoxunun daha bir səbəbidir. Süni və keyfiyyətsiz parçalardan hazırlanmış ayaqqabı, təbii materiallardan hazırlanmış ayaqqabılarla müqayisədə tərləməyə daha çox səbəb olur.

Beləliklə, bu xoşagəlməz problemdən qurtulmaq üçün ilk növbədə ayaqların gigiyenasına diqqət edin və təbii dəridən hazırlanmış yaxşı ayaqqabılar əldə edin.

Xalq vasitələri

Tər qoxusundan qurtulmağa və ayaqların tərliliyini aradan qaldırmağa kömək edəcək ən sadə üsul – sizin qoltuqaltı üçün istifadə etdiyiniz adi antiperspirantdır. Onlarla küçəyə çıxmazdan əvvəl ayaqlarınızın təmiz dərisini emal edin və təmiz corab geyinin. Ayaqlar üçün xüsusi dezodorant əldə etməyə cəhd edə bilərsiniz ki, o ayaqların həddən artıq tərliliyini azaldır və dezodorasiya edən xüsusiyyətə malikdir.

Növbəti metod – ayaqların yuyulması vaxtı antibakterial sabunun istifadəsidir. O xoşagəlməz qoxuya səbəb olan mikroblarla mübarizə aparır. Çalışın ondan gün ərzində bir dəfə istifadə edəsiniz. Bu zaman siz tezliklə müsbət nəticə görəcəksiniz.

Tərliliyə və ayaqlardan xoşagəlməz qoxuya qarşı ev şəraitində tünd dəmlənmiş çay əsasında vanna da kömək edir. Hesab edilir ki, çay yarpaqlarında olan aşılayıcı maddələr antibakterial xüsusiyyətə malikdir ki, onlar xoşagəlməz qoxunun mənbəyini aradan qaldırır və tərləməni azaldır. Vannanın hazırlanması üçün 2 paket qara çayı 1 litr suda qaynadın və hazır cövhəri daha 2 litr su ilə qarışdırın. Cövhər otaq temperaturunda olduqdan sonra ayaqlarınızı onun içində 20 dəqiqə saxlayın.

Növbəti variant kimi siz sirkə əsasında vannadan istifadə edə bilərsiniz. Yalnız sirkədən və ya onun təsirini gücləndirmək üçün üzərinə ya kəklikotu, ya da ki, küknar yağı əlavə edib istifadə etmək olar. Tərdən və qoxudan qurtulmağa lavanda yağı da kömək edə bilər. Bunun üçün sadəcə yuxudan əvvəl pəncələrinizin təmiz dərisinə bir neçə damcı bu yağdan sürtsəniz kifayətdir.

Güclü tərlilik və qoxu vaxtı daha bir yaxşı üsul – 2 ç.q. xırda duz və nişastadan hazırlanmış qarışıqdır. Bununla siz ayaqlarınızı emal edib təmiz corab geyinə bilərsiniz. Bu halda ayaqlar quru qalır və onlardan xoşagəlməz qoxu gəlmir.

loading...
Şərh yaz