Aygün Kazımova Türkiyədə gizlicə ailə qurdu?

loading...

Xalq artisti Aygün Kazımova yenilikləri ilə bağlı “Onlar” verilişinə açıqlama verib.

Müğənni səhnə geyimindən bəhs edib:

“Mənim evimdə hər cür atribut tapmaq olar. Səhnə paltarı tam fərqlidir. Bu geyimlərlə toya gedə bilmərəm. Şou səhnəsində tamamilə dəyişmək lazımdır. Ən halal peşə bizimkidir. Alnımızın zəhməti ilə pul qazanırıq”.

Yeni layihələrindən söz açan A.Kazımova planlarının dəyişdiyini bildirib:

“Gözəl şeylər gəlir. Maraqlı bir mahnı hazırlayacam. “Təsadüf” hələ ki olmayacaq. Yeni bəstənin klipini də çəkəcəyik. Çox məşhur bir bəstəkarın mahnısıdır”.

Xalq artisti onun adından istifadə edib, gündəmə gəlmək istəyənlərin də cavabını verib:

“Hər şey mənə “vız” gəlir. Belə artistlik etmək olar? Hər kəs məni yaxşı tanıyır. Bilirsiniz ki, əhvalım pis olanda yalandan gülə bilmirəm, dərdimi açıq deyirəm. Həyatımın ən acı günlərini də tamaşaçılarımla bölüşmüşəm. Nə baş verirsə, danışıram. Saxlaya bilmirəm. Kənardan yalan eşitməkdənsə, elə özüm düzünü deyim də…”.

A.Kazımova Türkiyədə gizlicə ailə qurması ilə bağlı şayiələrə də son qoyub:

“Mən ailə qursam, sizin xəbəriniz olmaz? Yalan söhbətdir, elə bir şey yoxdur”.

loading...
SHARE
Şərh yaz