loading...

Xalq artisti Aygün Kazımovanın qızı, gənc müğənni İlqarə Kazımova gizli ailə qurması haqda yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, gənc müğənni xəbərdən şoka düşdüyünü bildirib.

“Mən subayam və heç vaxt ailəli olmamışam. O qız isə mən deyiləm. Bilmirəm ki, kimdir. Düzdür, şəklə baxanda mən də onu özümə oxşatdım. Hətta deyərdim ki, mənim oxşarımdır. Amma o qız mən deyiləm. Hər kimdirsə, Allah xoşbəxt etsin”.

Qeyd edək ki, bir müddət öncə mətbuatda İlqarə Kazımovanın bir neçə il öncə əcnəbi vətəndaşla ailə qurduğu barədə məlumat yayılmışdı.

İlqarənin tez-tez Türkiyəyə getməsinin səbəbi də həyat yoldaşının İstanbulda fəaliyyət göstərən iş adamı olmasıdır.

ilqare

loading...
SHARE
Şərh yaz