Azərbaycanlı xanım fəxri professor oldu

loading...

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Fəxri professoru diplomuna layiq görülüb.
Azertac xəbər verir ki, N.Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafında, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasında xidmətlərinə görə bu diploma layiq görülüb.

Fəxri diplom professor Nərgiz Paşayevaya yanvarın 26-da Rusiyanın paytaxtında Moskva Dövlət Universitetinin 260 illik yubileyinə həsr olunmuş təntənəli iclasda təqdim edilib.

loading...
SHARE
Şərh yaz