Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından İnsanın İmmunçatışmazlığı Virusu ilə mübarizəyə dəstək

28 – 29 noyabr 2016-cı il tarixlərində Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İnsan İmmunçatışmazlığı Virusu (İİV) haqqında maarifləndirici seminar keçirib.

Seminarın keçirilməsində əsas məqsəd İnsanın İmmunçatışmazlığı virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınması, o cümlədən əhalinin İİV/QİÇS haqqında biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliğidir.

İştirakçıların nəzərinə çatdırılıb ki, “Avropa İİV-ə testləşmə həftəsi” 20 beynalxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə 2013-cü ildə keçirilib. O zaman bu təşəbbüsə Avropanın 400-dən artıq dövlət, qeyri-hökumət və ictimai təşkilatları, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi də qoşulub.

Məlumat üçün bildirək ki, maarifləndirici məqsəd daşıyan və sağlam həyat tərzini təbliğ edən bu tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının silsilə şəkildə həyata keçirdiyi sosial yönümlü layihələrdən biridir. Bu cür tədbirlərin həyata keçirilməsində əsas məqsəd tələbələrin sosial məsuliyyətini artırmaq, onları sağlam həyat tərzinə ruhlandırmaqdır. Akademiya bundan sonra da gənc nəslin inkişafına və sağlamlığına yönəlik fəaliyyətini davam etdirmək niyyətindədir.

qics

loading...
SHARE