loading...

Bu il iyun ayının 1-dən etibarən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinə başlanılacaq. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilib.

Nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər.

Həmin şəxslərin tibbi müayinəsi, habelə onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi, onların müraciəti yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

Həmin şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Qeyd edək ki, dəyişikliklər səsvermədən sonra qəbul edilib.

loading...
Şərh yaz