loading...

Ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının büdcəsi üç hissəyə bölünüb: əməliyyat, idman obyektləri və qurğularının inşasına investisiyalar və üçüncü hissə – şəhərin infrastrukturu ilə bağlı olan xərclər. Bunu Azərbaycanın idman naziri Azad Rəhimov bildirib. “Avropa Oyunlarının əməliyyat büdcəsi 959 mln. manat, üstəgəl ehtiyat fonddan 1 mln. 154 min manat təşkil edib. Bu gün artıq büdcənin 60%-ə yaxını müxtəlif əməliyyat xərclərinə sərf olunub” – deyə, nazir bildirib.

Nazir bildirib ki, Olimpiya futbol stadionu 500 mln. manat, Su idmanı növləri sarayı 200 mln. manatdan çox, atıcılıq mərkəzi 110 mln. manat, Heydər Əliyev adına İdman kompleksi və Bulvar Arena hərəsi 50 mln. manata yaxın, Avropa Parkı 100 mln. manatdan az məbləğə başa gəlib. “Manat və dolların məzənnə fərqi bir qədər dəyişdi və biz potensial olaraq, ölkə büdcəsindən daha çox pul istəyəcəyimizi düşünürdük, lakin fikrimcə, etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik. Yəni, başladığımız məbləğlə işləri başa çatdıra biləcəyik”, – deyə, Azad Rəhimov qeyd edib.

loading...
Şərh yaz